/ / Aviqdor Liberman: Azərbaycan bütün dövrlərdə dinlərarası və millətlərarası tolerantlıq nümunəsi göstərib
Aviqdor Liberman: Azərbaycan bütün dövrlərdə dinlərarası və millətlərarası tolerantlıq nümunəsi göstərib
26.12.2017 [09:57]
Azərbaycan İsrailin strateji tərəfdaşıdır, keçmişdə olduğu kimi, indi də dinlərarası və millətlərarası tolerantlıq nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Liberman deyib.
İsrail ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirən müdafiə naziri dostluq münasibətlərinin daha da möhkəmləndiyini və səmərə verdiyini vurğulayıb: “Bu, birmənalı olaraq hər iki tərəfin xeyrinədir. Əməkdaşlığımız qarşılıqlı marağa söykənib. Ümid edirəm ki, bizim əlaqələrimiz bundan sonra daha da inkişaf edəcək. İsrail və Azərbaycan bir çox sahələrdə ortaq mövqelərdən çıxış edirlər. Əməkdaşlığımız yüksək texnologiyalar, kənd təsərrüfatı, energetika, təhlükəsizlik və digər sahələri əhatə edir. İnanıram ki, ikitərəfli əlaqələrimiz genişlənməkdə davam edəcək”.
Aviqdor Liberman son illərdə Azərbaycan rəhbərliyi, yüksək səviyyəli rəsmilərlə, siyasi xadimlərlə bir sıra silsilə görüşlərdə regional təhlükəsizlik, hərbi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdiklərini diqqətə çatdırıb.
Rəhbəri olduğu “Bizim evimiz İsraildir” partiyasının hər zaman İsrailin xarici siyasət xəttini Bakıya tərəf istiqamətləndirdiyini vurğulayan nazir buna tarixi şəraitin və səmimi minnətdarlıq duyğularının səbəb olduğunu deyib: “Vaxtilə Azərbaycanda yaşamış tanınan jurnalist, İsrailin Belarusdakı keçmiş səfiri İosif Şaqal Knessetə bizim partiyamızdan deputat seçilib. “Bizim evimiz İsraildir” partiyasından Yokneam-İlit şəhərinin birinci vitse-meri Roman Peres də Azərbaycanda doğulub. Bu şəhərdə ölkənizlə bağlı bir sıra tədbirlər keçirilib. Qubadakı “Qırmızı Qəsəbə”nin keçmiş sakini Adam Amilov şimal şəhərimiz olan Kiryat-Yamın vitse-meridir. Seçicilərimiz arasında bir çox azərbaycanlı yəhudilər var və ümid edirəm ki, onlar gələcəkdə də bizi dəstəkləyəcəklər”.
Azərbaycanın dinlərarası və millətlərarası tolerantlıqda müsəlman ölkələrinə, eləcə də Qərbə nümunə olduğunu vurğulayan İsrailin müdafiə naziri ölkəmizdə heç bir zaman antisemitizmin müşahidə olunmadığını söyləyib: “Min illərdir ki, yəhudilər Azərbaycanda yaşayırlar və hər zaman özlərini təhlükəsiz, dostluq münasibətinin hökm sürdüyü etibarlı mühitdə hiss ediblər. Yüzlərlə yəhudi İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycanda özlərinə sığınacaq tapıb. Bununla da onlar ölüm təhlükəsindən qurtarıblar və ölkəniz onlar üçün ikinci ev olub. Sirr deyil ki, Holokost bizim üçün çox həssas mövzudur və tariximizin ən çətin, qaranlıq dövründə bizə göstərdikləri qonaqpərvərliyə görə Azərbaycan xalqına dərindən minnətdarıq”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Aviqdor Liberman ölkəmizin bu problemdə olduqca məsuliyyətli mövqe tutduğunu vurğulayıb: “İsrailin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını mən dəfələrlə bəyan etmişəm. Biz həmişə vurğulayırıq ki, ölkəniz beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir. Biz Azərbaycan xalqını dəstəkləyirik və hesab edirik ki, bu problem yalnız beynəlxalq ictimaiyyətin qəti mövqeyi və qərəzli yanaşma olmadan hər iki tərəfin birbaşa danışıqlar aparması ilə həll edilə bilər. Çünki real faktlardan, obyektiv mövqedən uzaq hər hansı cəhd problemi həll etmir, əksinə, onu daha da ağırlaşdırır”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

