“Freedom House”un qərəzli hesabatı reallıqları əks etdirmir
19.01.2018 [10:18]
Ermənipərəst dairələrin maraqlarına xidmət göstərən bu qeyri-ciddi QHT ölkəmizə qarşı yalan və böhtan kampaniyası aparmaqla bir daha əsl simasını ortaya qoyur
Azərbaycanın sabit və davamlı inkişafından, dövlət maraqlarını özündə ehtiva edən siyasət yürütməsindən narahat olan xarici anti-azərbaycançı dairələr, ermənipərəst mərkəzlər ölkəmizin uğurlarına qarşı hər zaman qısqanclıqla yanaşır və bu mövqelərini açıq şəkildə büruzə verirlər.
“Freedom House” kimi özünü “demokratiya keşikçisi” qismində təqdim edən, əslində isə bəzi milli dövlətlərə, o cümlədən ölkəmizə münasibətdə hər zaman qərəzli mövqedən çıxış edən təşkilatlar bu sırada xüsusi aktivlik göstərirlər. Yeri gəlmişkən, “Freedom House” adlanan ermənipərəst təşkilatın açıqladığı yeni “hesabat” da əvvəlki illərdə verilən qərəzli, yalan söz yığınından fərqlənmir. Sözügedən “hesabat”da ölkəmizlə bağlı əsl həqiqət təhrif olunub, yalan, böhtan və qərəz önə çıxarılıb. Halbuki, bu gün Azərbaycan bütün azadlıqların təmin edildiyi, vətəndaşların hüquqlarının ən ali şəkildə qorunduğu, vətəndaş cəmiyyətinin, mətbuatın inkişafının diqqətdə saxlanıldığı azsaylı ölkələrdəndir. Azərbaycanın Konstitusiyası dünyada insan hüquq və azadlıqlarının təsbitinə ən çox yer vermiş ali sənədlər arasındadır. Hüquqi, demokratik, dünyəvi, bir sözlə, modern dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradılıb. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq məhz ölkəmizdə qəbul olunan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası, 2008-ci ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu qəbildən olan addımlardandır. Fondun yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verdi. Bu qurum vasitəsi ilə dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına, QHT-lərə, gənclər təşkilatlarına və digər qurumlara hər il maliyyə vəsaitləri ayrılır.
Qondarma hesabatda Azərbaycanda guya mətbuatın azad olmadığı qeyd edilib. Təbii ki, bu məqamın özü “hesabat”ın real faktlar əsasında deyil, konkret güclərin transmilli maraqlarına xidmət edən uydurma “məlumatlar” əsasında tərtib edilməsini göstərir.
Qeyd etdiyimiz kimi, indiyə qədər tərtib etdikləri, daha doğrusu, ermənilərin maraqlarını qorumaq üçün yaydıqları qondarma hesabatlarında ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən “Freedom House” adlı təşkilatın yalanları hər kəsə bəllidir. Dövlət səviyyəsində işğalı və terroru dəstəkləyən, insan hüquq və azadlıqlarını ən kobud şəkildə pozan Ermənistana “demokratik don” geyindirməyə çalışan, amma Azərbaycanı hədəfə alan “Freedom House” dərk etməlidir ki, artıq onların yalanlarına inanan yoxdur. Bütün dünya ictimaiyyəti bu təşkilatın, o cümlədən onun partnyorlarının hansı məqsədə qulluq göstərdiyini bilir.
Vurğulamaq yerinə düşər ki, bu gün ölkəmizdə KİV-in inkişafına göstərilən dəstək, eləcə də söz azadlığının və digər insan hüquq və azadlıqlarının təmini yüksək səviyyədədir. İstər elektron KİV-in, istərsə də yazılı mətbuatın inkişafı göz önündədir. Bu gün Azərbaycanda internetdən azad şəkildə istifadə olunur, sosial şəbəkələr fəaliyyət göstərir. Jurnalistlərin sosial rifahının yüksəldilməsi, onların mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı önəmli addımlar atılır. Bununla yanaşı, KİVDF-nin yaradılması və qəzetlərə edilən yardımlar mətbuatın maddi təminatının daha da yaxşılaşdırılmasına yaxından kömək edib. Bu kimi faktlar isə Azərbaycanda mətbuat azadlığının yüksək səviyyədə qorunduğunu bir daha əyani şəkildə ortaya qoymuş olur.
Yeri gəlmişkən, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov da “Human Rights Watch”, “Freedom House” və bir neçə bu kimi təşkilatların 25 ildən artıqdır ki, Azərbaycan haqqında düzgün olmayan, qərəzli, ölkəmiz haqqında məlumatı olmayan kimlərinsə yazdığını götürüb dərc edən, fikirlər yayımlayan qurumlar olduğunu bildirib. Komitə sədri həmin məlumatların başdan-ayağa qərəzli olduğunu bildirməklə yanaşı, “Freedom House”un bir qeyri-hökumət təşkilatı olduğunu önə çəkib. S.Novruzov belə bir qurumun dediklərinin heç birinə əhəmiyyət vermək lazım olmadığını söyləyib: “Azərbaycanda beş minə yaxın qeyri-hökumət təşkilatı var. Doxsana yaxın siyasi partiya mövcuddur. Xeyli sayda mətbuat orqanı fəaliyyət göstərir. Hər bir media orqanı və yaxud qeyri-hökumət təşkilatı, siyasi partiya bir başqa dövlət haqqında bir yazı dərc etdiyi halda, bunun hansı hüquqi əsası ola bilər?! Heç bir hüquqi əsası yoxdur. Həmin təşkilat hansı tədqiqatı apara bilər? Dünyada 200-dən artıq ölkə var. “Freedom House” bir qrup dövləti azad, digər ölkələri isə yarımazad və azad olmayan ölkə kimi müəyyənləşdirir. Bütün bunları dəqiq şəkildə müəyyənləşdirmək, tədqiqatını aparmaq üçün onun ən azından on min işçisi olmalıdır”.
Millət vəkili həmçinin “Həmin qurum erməni lobbisinin, başqa-başqa təşkilatların əlində alətə çevrilib. Azərbaycanın bugünkü inkişafını, ölkəmizdə həyata keçirilən layihələri onların gözü götürmür. “Freedom House” ən hörmətsiz təşkilatlardan biridir və bu təşkilatın qərarının Azərbaycanda müzakirəsinə ehtiyac yoxdur”, - deyib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10

