/ / 2018-ci il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurulub
2018-ci il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurulub
01.03.2018 [10:20]
Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 5192042 seçici daxil edilib
Seçici siyahıları seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən mühüm amillərdən biridir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, 2018-ci il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib. Mərkəzi Seçki Komissiyasının bilavasitə rəhbərliyi altında ardıcıl və intensiv şəkildə aparılan genişmiqyaslı və çox əhatəli proses nəticəsində son illərdə olduğu kimi, cari il üçün də seçici siyahılarının dəqiqliklə və yüksək keyfiyyətlə hazırlanmasına nail olunub. Dəqiqləşdirməyə ölkə üzrə bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub və bütün proses boyunca həm Daxili İşlər Nazirliyi, həm Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilib.
Siyahıların dəqiqləşdirilməsi zamanı MSK-nın 115 nömrəli qaynar xətti və internet səhifəsindəki onlayn müraciət imkanı mütəmadi şəkildə seçicilərin ixtiyarında olub və görülən işlərin səmərəliliyinin daha da artırılmasında əhəmiyyətli rol oynayıb. Dəqiqləşdirmə prosesinin bütünlüklə effektiv həyata keçirilməsinə və siyahıların yüksək standartlara uyğun tərtib və çap olunmasına heç şübhəsiz ki, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin uğurla tətbiqi və texniki imkanları daha da təkmilləşdirilmiş xüsusi proqram təminatları çox mühüm töhfə verib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri kütləvi informasiya vasitələrinin də iştirakı ilə fevralın 28-də Komissiyanın inzibati binasında vahid seçicilər siyahısının 2018-ci il üzrə yenidən tərtib edilmiş variantı ilə yaxından tanış olublar. Media təmsilçiləri tərəfindən geniş işıqlandırılan tədbirdə qeyd olunub ki, vahid seçici siyahılarının yenidən tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsində fasiləsiz onlayn rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan peşəkarlıqla istifadə olunub. Yüksək texnoloji və interaktiv mübadilə seçici siyahılarının dəqiqləşdirilməsi və ümumiləşdirilməsi proseslərini daha da sürətləndirib, seçicilər barədə məlumatların ətraflı toplanması, bütün daxil edilənlərin orfoqrafik və qrammatik testdən keçirilməsi, təkrar və oxşar seçici məlumatlarının hərtərəfli təhlil edilməsi, habelə seçici siyahılarının keyfiyyətlə hazırlanması və çap edilməsini təmin edib.
Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 5192042 seçici daxil edilib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsini cari il martın 3-dək başa çatdırılmasını qərara alıb.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

