/ / ABŞ Konqresinin Kannon binasının qarşısında Vaşinqtona səfər edən hərbi cani Bako Saakyana qarşı etiraz aksiyası keçirilib
ABŞ Konqresinin Kannon binasının qarşısında Vaşinqtona səfər edən hərbi cani Bako Saakyana qarşı etiraz aksiyası keçirilib
15.03.2018 [10:00]
Xəbər verildiyi kimi, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi təqdim edən Bako Saakyan ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın Ermənistan və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı martın 14-də ABŞ Konqresinin Kannon binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirilib.
Ermənistanın ABŞ-dakı səfirliyi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ABŞ nümayəndəliyi, Amerika Erməni Assambleyası, öz büdcəsini Birləşmiş Ştatların erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi tərəfindən təşkil edilmiş tədbirə bir neçə ermənipərəst qanunverici dəvət edilmişdi.
Bu yığıncaqla eyni vaxtda Kannon binasının qarşısında ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən təşkil olunmuş etiraz aksiyası keçirilib. Aksiyada Vaşinqton və ətraf rayonlardakı Azərbaycan icmasının üzvləri iştirak ediblər. Nümayişçilər əllərində Saakyanların, Sarkisyanların hərbi cani olmalarını təsvir edən plakatlar tutub, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktları, Ermənistanın vassallığı və onun müstəqil siyasi kursunun olmaması, Xocalı soyqırımı, BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumatları aksiyaya qoşulanların və ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırıblar. Binanın qarşısından keçən və binaya daxil olan bir çox şəhər sakinləri etirazçılara yaxınlaşaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı çıxıb, soydaşlarımızın aksiyasına dəstək olduqlarını bildiriblər.
Ermənilərin təbliğat xarakteri daşıyan tədbirinin Konqres binalarından birində keçirilməsi onun Vaşinqton şəhərinin hər hansı başqa binasında keçirilən tədbirlə müqayisədə daha əhəmiyyətli olması demək deyil. ABŞ Konqresinin 435 üzvündən hər biri Konqresin binasında hər hansı tədbir üçün otaq sifariş edə bilər. Ermənilərin tədbirinin Konqresin binalarının birində keçirilməsinin əsas səbəbi konqresmenləri şirnikləndirmək məqsədilə bu kiçik tədbirin əhəmiyyətini şişirtmək olub, habelə Ermənistanın işğal olunmuş ərazilərdəki qondarma rejiminə legitimlik qazandırması xarakteri daşıyıb.
Qeyd edək ki, erməni lobbi təşkilatları son həftə ərzində qanunvericilərə məktublar göndərib onları şirnikləndirərək bu tədbirə dəvət edirdilər. Lakin onların səyləri puç oldu. ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ qanunvericilərini Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniya keçirib. Kampaniya nəticəsində ABŞ konqresmenlərinə və senatorlarına, yerli media qurumlarına və Dövlət Departamentinə ünvanlanan məktublarda Ermənistanın qeyri-müstəqil olması, Ermənistanın Azərbaycan ərazilərində yaratdığı qondarma qurumun kriminal və qeyri-legitim olması və bu ölkənin ABŞ-ın milli maraqlarına qarşı fəaliyyəti, habelə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri barədə məlumat verilib. Bundan əlavə, ABŞ Azərbaycanlıları Şəbəkəsi Konqresin bütün üzvlərinə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə daha geniş məktub göndərib və qondarma rejimi Vaşinqtonda reklam edən ermənipərəst şəxslərə və qurumlara məhəl qoymamağa, Azərbaycanın ərazisində mülkü əhaliyə qarşı bir neçə qətliam törətmiş hərbi cani qrupunun bir üzvü olan Bako Saakyanın dəvətini rədd etməyə və siyasəti ABŞ-ın milli maraqlarına uyğun olmayan Ermənistanı pisləməyə çağırıb.
Xəbər lenti
Hamısına baxElm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34

