Azərbaycanın və Türkiyənin Baş nazirlərinin görüşü olub
15.03.2018 [10:25]
Martın 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Baş nazir Artur Rasi-zadə qardaş Türkiyənin Baş naziri Binəli Yıldırımın ölkəmizə səfərindən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirib. Azərbaycan xalqının Türkiyədə baş verən prosesləri yaxından izlədiyini vurğulayan Artur Rasi-zadə qardaş və dost ölkələrimizin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Baş nazir Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını deyib.
Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduqlarını bildirən Baş nazir Binəli Yıldırım qardaş ölkələrimizin gündən-günə inkişaf etdiklərini məmnunluqla vurğulayıb. Binəli Yıldırım Azərbaycanın və Türkiyənin birlikdə qlobal əhəmiyyətli layihələr həyata keçirdiklərini qeyd edib. Baş nazir Azərbaycan, Türkiyə və Gürcüstanın birgə reallaşdırdıqları irimiqyaslı layihələrin bölgədə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini deyib. Türkiyəli qonaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsinin tarixi İpək Yolunun bərpasında mühüm əhəmiyyət daşımaqla yanaşı, beynəlxalq yükdaşımaların da inkişafında önəmli rol oynayacağını diqqətə çatdırıb. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında qarşılıqlı sərmayələrin önəmini xüsusi qeyd edib.
Türkiyənin Baş naziri XII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəz tərəfindən Forumun təşkil olunmasından və bu mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27

