VI Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirib
16.03.2018 [10:07]
Birinci iclasda “Güc anlayışı: böyük güclər və digərləri” mövzusunda geniş müzakirələr aparılıb
Azərbaycan paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu martın 15-də açılış mərasimindən sonra işini panel iclasları ilə davam etdirib.
AZƏRTAC xəbər verir ki, Forumun birinci panel iclası “Güc anlayışı: böyük güclər və digərləri” mövzusuna həsr olunub.
İclasın moderatoru, Serbiya Respublikasının sabiq prezidenti Boris Tadiç qloballaşma dövründə regionda və dünyada yaşanan problemlərdən danışıb, bu münaqişələrin yaranmasında və onların həlli prosesində güc amilinin roluna nəzər yetirib.
İclasın əsas məruzəçisi olan Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım çıxışında Forumda qlobal məsələlərin müzakirə olunduğunu, dünyada baş verən problemlərin həlli yolları barədə ətraflı və səmərəli fikir mübadiləsinin aparıldığını bildirib. Binəli Yıldırım qeyd edib ki, türk-İslam mədəniyyətinin zirvələrindən sayılan Nizami Gəncəvi yaradıcılığında insan və humanitar məsələlərə geniş yer ayırıb. O, Nizami Gəncəvinin və türk dünyasının digər görkəmli alim və mütəfəkkirlərinin ideya və dəyərlərinin, onların yaradıcılığının geniş təbliğ edilməsinin vacibliyini bildirərək, hazırkı dövrdə buna böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Türkiyənin Baş naziri deyib ki, qloballaşmanın təqdim etdiyi imkanlar barədə çox danışılır, lakin onun gətirdiyi problemlər və bunun üçün tələb olunan vəsaitlər barədə isə çox az söhbət açılır. Müasir texnologiyalar, İKT həyatımızı asanlaşdırdığı kimi, müxtəlif problemlərin də yaranmasına səbəb olur. Terrorizm, kiberhücumlar və s. problemlər artıq bütün dünyanı təhdid edən ciddi təhlükələrdir. Heç bir ölkə bu təhdidlərdən sığortalanmadığı kimi, ona qarşı da təkbaşına mübarizə apara bilməz. Buna görə də dünya ölkələri bu təhdidlərə qarşı birlikdə mübarizə aparmalıdırlar.
Türkiyənin Baş naziri bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Myanmada Rohingya müsəlmanlarının etnik təmizləmə siyasətinə məruz qalmasının, Suriya və İraq böhranlarının bütün dünyanın ortaq problemləri olduğunu və bu münaqişələrin tezliklə həll edilməsinin vacibliyini diqqətə çatdırıb. Baş nazir Binəli Yıldırım bütün bu problemlərin həll edilməsi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, BMT-də islahatların aparılmasının önəmini qeyd edib.
Çıxışında Azərbaycanın və Türkiyənin birlikdə regional və beynəlxalq əməkdaşlığa böyük töhfələr verdiklərini bildirən Binəli Yıldırım bu baxımdan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP və digər layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Türkiyənin dünyada sülhün və əməkdaşlığın inkişafı, terrorizmə qarşı mübarizə sahələrində fəal iştirak etdiyini deyən Baş nazir Binəli Yıldırım ölkəsinin 4 milyona yaxın suriyalı qaçqını məskunlaşdırdığını bildirib, Türkiyənin İŞİD-ə, eləcə də Afrin əməliyyatında PKK, KCK, PYD-YPG terror qruplaşmalarına qarşı uğurlu antiterror əməliyyatlarından danışıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa qloballaşma dövründə müasir cəmiyyətlərin həyatında yeni sosial problemlərin meydana çıxdığını deyib, onların təsirlərinin azaldılmasının vacibliyini vurğulayıb. Dünyada sülhün və əməkdaşlığın inkişafında fərqliliklərin aradan qaldırılmasının önəmini qeyd edən Vayra Vike-Freyberqa vurğulayıb ki, Avropa ötən yüzillikdə baş verən iki Dünya müharibəsindən ciddi dərs alıb. Buna görə də biz müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmalıyıq. Bu məsələdə insanların iradəsi əsas götürülməlidir.
ABŞ-ın BMT-dəki sabiq səfiri, “Gryphon Partners və Halilzad Associates”in prezidenti Zalmay Xəlilzad qeyd edib ki, biz hazırda olduqca mürəkkəb dövrdə yaşayırıq. Bu mürəkkəbliyin əsas səbəbi böyük güclərin arasında rəqabətin olmasıdır. Konfransın aktual mövzuya həsr edildiyini diqqətə çatdıran Z.Xəlilzad bildirib ki, bu hədəfə nail olmaq üçün beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir. Böyük güclər arasında tarazlığın pozulması yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur. Bu vəziyyət davam etsə münaqişə ocaqlarının sayı daha da arta bilər. Bunun üçün mühüm beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də ciddi islahatlar aparılmalıdır.
Rusiyalı politoloq, Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin fəxri sədri, Rusiya Ali İqtisadiyyat Məktəbinin dünya siyasəti fakültəsinin dekanı Sergey Karaqanov dünyada gedən münaqişələrin başvermə səbəblərindən danışıb. Diqqətə çatdırıb ki, münaqişələr olduqca ciddi fəsadlarla nəticələnir. Buna görə də hazırkı münaqişələrin həllinə diqqət artırılmalı, yeni konfliktlərin yaranmaması üçün dialoq və əməkdaşlıq gücləndirilməlidir.
İtaliya Senatının vitse-prezidenti Linda Lanzillotta bildirib ki, müasir dövrdə baş verən münaqişələrin qarşısını yalnız çoxtərəfli əməkdaşlıq sayəsində almaq mümkündür. Biz dayanıqlı cəmiyyətlər yaratmalı, qlobal problemlərin həllinə ciddi yanaşmalıyıq. Bu isə güclü beynəlxalq əməkdaşlığı zərurətə çevirir.
Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutunun sabiq prezidenti, Çinin Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun vitse-sədri Mey Caoran diqqətə çatdırıb ki, biz inklüziv cəmiyyətlərin yaradılması, əməkdaşlığın dərinləşdirilməsi, dünyadakı problemlərin həlli istiqamətində ciddi iş aparmalıyıq. O, inklüziv cəmiyyətlərin inkişafında sabitliyin və rifahın önəmini qeyd edərək bir çox ölkələrdə, xüsusən Çində bu istiqamətdə həyata keçirdiyi islahatlardan və onların uğurlu nəticələrindən danışıb. Bildirib ki, bu cür inkişaf münaqişələrin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Avstriyanın sabiq federal kansleri Verner Fayman inklüziv cəmiyyətlərin inkişafında cəmiyyətlər və ölkələr arasında əlaqələrin gücləndirilməsinin önəmini vurğulayıb. Bu baxımdan Avropa İttifaqı ölkələri arasındakı mövcud əməkdaşlığın uğurlu model kimi qəbul oluna biləcəyini qeyd edən V.Fayman diqqətə çatdırıb ki, dayanıqlı gələcək üçün hamının təhsilə əlçatanlığı təmin olunmalıdır. Bu gün təhsilə daha çox investisiya yatıran ölkələr gələcəkdə güclü dövlətlərə çevriləcəklər.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

