/ / “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” prezident seçkiləri ərəfəsində keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” prezident seçkiləri ərəfəsində keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb
28.03.2018 [09:54]
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycanda prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə cari ilin fevral-mart aylarında ölkənin 68 rayonunda (Naxçıvan Muxtar Respublikasının ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla) 1580 respondentin rəy sorğusunu keçirib.
AZƏRTAC xəbər verir ki, martın 27-də Beynəlxalq Mətbuat Mərkəzində sorğunun nəticələri elan edilib.
Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə keçirilmiş rəy sorğusu yaşı 18 və 18-dən yuxarı olan insanları əhatə edib. Sorğu xüsusi hazırlıq kursunu keçmiş intervüerlər qrupu tərəfindən aparılıb. Yaşayış məntəqələrinin seçimi çoxpilləli stratifikasiya edilmiş təsadüfi ərazi seçimi üsulu ilə aparılıb və rayonların bərabər əhatə olunması təmin edilib. Sorğunun əhatə etdiyi yaşayış məntəqələrinin 50,4 faizini şəhər, 6,2 faizini qəsəbələr, 43,4 faizini isə kəndlər təşkil edib.
Sorğuda iştirak edən respondentlərin 49,4 faizini kişilər, 50,6 faizini isə qadınlar təşkil edib. Yaş kateqoriyalarına görə respondentlərin 28,7 faizi 18-29 yaş, 22,3 faizi 30-39 yaş, 18,8 faizi 40-49 yaş, 16,8 faizi 50-59 yaş, 13,4 faizi isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub.
2013-cü il prezident seçkilərindən sonra dövlətimizin idarə edilməsində qazanılan uğurları qeyd edən respondentlərin 94,3 faizi uğurların olduğunu vurğulayıblar. Bu uğurların sırasında təhlükəsiz yaşayış şəraiti (81,6 faiz), sabit siyasi vəziyyət (78,9 faiz), Qarabağ probleminin həlli istiqamətində fəaliyyət (44,3 faiz) və digərləri qeyd olunub.
Növbəti mərhələdə rəyi soruşulanlara ölkə Prezidentinin həyata keçirdiyi siyasətlə bağlı suallar verilib. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 94,1 faizi bu siyasəti dəstəklədiklərini, 2,9 faizi dəstəkləmədiklərini bildirib. Rəyi soruşulanların 3 faizi cavab verməkdə çətinlik çəkib.
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların 86 faizi bu siyasəti dəstəklədiklərini, 6,3 faizi isə dəstəkləmədiklərini qeyd edib. Rəyi soruşulanların 7,7 faizi suala cavab verməkdə çətinlik çəkib.
Son 5 ildə Qarabağ probleminin həlli istiqamətində ölkə Prezidentinin atdığı addımları qiymətləndirən respondentlərin 65,3 faizi atılan addımları çox uğurlu, 23,2 faizi uğurlu, 6,3 faizi uğursuz hesab edib. Rəyi soruşulanların 5,2 faizi isə cavab verməkdə çətinlik çəkib.
Ermənistan-Azərbaycan münaqişəsinin həllində 25 ildən artıqdır iştirak edən beynəlxalq strukturların fəaliyyətinə münasibət birmənalı olub. Belə ki, ATƏT-in Minsk qrupu, AŞPA, BMT təmsilçilərinin fəaliyyətini uğurlu hesab edənlərin sayı cəmi 7 faiz olub. Bu qurumların fəaliyyətini uğursuz hesab edənlər 86,9 faizdir. Cavab verməkdə çətinlik çəkənlərin nisbi sayı 6 faiz təşkil edib. Uğursuz fəaliyyəti qeyd edənlərin 28,3 faizi, yəni, üçdəbiri bu qurumların problemin həllinə münasibətlərini laqeyd, hətta ermənipərəst hesab ediblər.
Sorğu zamanı respondentlərə “Növbəti prezident seçkiləri indi, məsələn, gələn həftə keçirilərsə kimə səs verərdiniz” sualı ünvanlanıb. Lakin sorğu prezident seçkiləri elan olunduğu vaxta təsadüf etdiyindən respondentlər bu suala 2018-ci il aprel ayının 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini nəzərdə tutaraq cavab veriblər. Seçkilərdə iştirak edəcəklərinə dair suala cavab verən rəyi soruşulanların 66,5 faizi seçkilərdə həmişə iştirak etdiklərini qeyd edərək səs verəcəklərini bildirib. Respondentlərin 26,1 faizi ola bilər ki, iştirak edəcəklərini, 6,8 faizi heç vaxt seçkilərdə iştirak etmədiklərini deyib. Cavabdan imtina edənlərin sayı 0,6 faiz təşkil edib.
Respondentlərə 2013-cü ildə keçirilmiş prezident seçkilərində kimə səs verdikləri barədə sualla da müraciət edilib. Onların 83,3 faizi İlham Əliyevi, 1,2 faizi başqa namizədləri dəstəklədiklərini deyib. Rəyi soruşulanların 8,6 faizi seçkilərdə müxtəlif səbəblərdən, o cümlədən yaşları çatmaması səbəbindən iştirak etməyib. Respondentlərin 6,9 faizi cavab verməkdə çətinlik çəkib.
Ölkəmizdə 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində edəcəkləri seçimi açıqlayan respondentlərin 84,1 faizi seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildirib. Rəyi soruşulanların 0,2 faizi başqa namizədlərə səs vermək niyyətindədir. Respondentlərin 9,2 faizi hələ seçim etmədiklərini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

