/ / “AJF&Associates Inc.” və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” “exit-poll” öncəsi sorğunun nəticələrini elan ediblər
“AJF&Associates Inc.” və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” “exit-poll” öncəsi sorğunun nəticələrini elan ediblər
29.03.2018 [10:44]
ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar “exit-poll” öncəsi apardıqları sosioloji araşdırmanın nəticələrini elan ediblər.
AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrini “AJF&Associates Inc.” təşkilatının sədri Corc Birnbaum və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib Məmmədov açıqlayıblar.
Bildirilib ki, sosioloji sorğunun keçirilməsində əsas məqsəd prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1500 nəfər respondent cəlb edilib. Bunlardan 63,5 faizi (952 nəfər) böyük şəhərlərdən, 17,6 faizi (264 nəfər) kiçik şəhərlərdən, qalanları isə qəsəbə və kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,9 faizi qadın, 50,1 faizi kişi olub. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 30,4 faizi (456 nəfər) 18-29 yaş arası 30 faizi (450 nəfər) 30-39 yaş arası, 19,5 faizi (292 nəfər) 40-49 yaş arası, 11,5 faizi (173 nəfər) 50-59 yaş arası, 5,6 faizi (84 nəfər) 60-69 yaş arası və yalnız 2,9 faizi (44 nəfər) 70 və daha yuxarı yaşda insanlar olub.
Sorğu vərəqəsindəki suallar təsnif edilərək aşağıdakı kimi qruplaşdırıla bilər: Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi; Ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət; Əhalinin siyasi fəallıq səviyyəsi.
Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə qoyulmuş “Ümumiyyətlə, Azərbaycanda Milli Məclisə seçkilər və ya prezident seçkilərində siz necə iştirak edirsiniz?” sualına verilən cavabda respondentlərin böyük əksəriyyəti -74 faizi (1110 nəfər) “həmişə” seçkilərdə iştirak etdiklərini bildiriblər. 10 faiz (150 nəfər) respondent isə 11 aprel prezident seçkilərində “ilk dəfə” iştirak edəcəyini deyib. Rəyi soruşulanların 12,6 faizi (189 nəfər) seçkilərdə “bəzən”, yaxud “nadir hallarda” iştirak etdiklərini qeyd edib.
Anket sorğusunun birinci blokuna aid olan suallar seçicilərin iqtidar, yaxud müxalifət meyilli olma imkanlarını açmağa kömək edir. Belə ki, “Əgər prezident seçkiləri bu gün keçirilsəydi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?” və “Əgər parlament seçkiləri bu gün keçirilsəydi hansı partiyanın namizədinə səs verərdiniz?” suallarına alınan cavablar belə olub: İlham Əliyev - 82,9 faiz (1244 nəfər) və Yeni Azərbaycan Partiyasının namizədi - 70,9 faiz (1064 nəfər). “Hazırkı hökumətin işini necə qiymətləndirirsiniz?” sualına alınmış cavablar isə belə olub: əla - 28,9 faiz (433 nəfər), yaxşı -27,1 faiz (406 nəfər), orta -19,9 faiz (299 nəfər). Ümumilikdə, 75,9 faiz (1138 nəfər) respondent hazırkı hökumətin fəaliyyətini qənaətbəxş hesab edib.
Sorğu zamanı digər məsələlərlə bağlı rəylər də öyrənilib: “Azərbaycanın iqtisadiyyatı güclüdür” - 62, 5 faiz (937 nəfər), “Azərbaycanda söz azadlığı var” - 65 faiz (975 nəfər), “Ölkə rəhbərliyi xalqı terrordan qoruyur” - 63,6 faiz (954 nəfər), “Biz bir siyasi liderin rəhbərliyi altında birləşsək, Azərbaycan daha güclü olar” - 62,5 faiz (938 nəfər), “Azərbaycanda insan hüquqları qorunur” - 62 faiz (930 nəfər), “Azərbaycan regionda sabitlik adasıdır” -63,1 faiz (946 nəfər).
Sorğuda “Prezident İlham Əliyevə münasibətlə” bağlı suala cavablar belə olub: “İqtisadiyyatı təkmilləşdirir” - 58,7 faiz (881 nəfər), “Vətəndaşların qayğısına qalır” - 61 faiz (915 nəfər), “Azərbaycanı beynəlxalq aləmdə yaxşı təmsil edir” - 75 faiz (1125 nəfər), “Ölkəmizin təhlükəsizliyini qoruyur” - 60,7 faiz (911 nəfər), miqrant böhranının Azərbaycana keçməsinin qarşısını alır - 58 faiz (870 nəfər).
Qeyd edilib ki, aparılmış sosioloji sorğunun nəticələri 11 aprel prezident seçkilərinə hazırlığın həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxş olduğunu göstərir. Əhali prezident seçkiləri ilə bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan təbliğatın müsbət gedişindən xəbər verir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

