Ermənistanda total böhran hökm sürür
04.04.2018 [10:10]
Almaniya İctimai Televiziyasında yayımlanan reportajda Ermənistan öz gələcəyini itirən ölkə kimi səciyyələndirilib
Ermənistanın işğalçı, təcavüzkar siyasət nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın daha da dərinləşməsini şərtləndirib. Heç nisbi müstəqilliyə də malik olmayan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkənin gələcəyinin qeyri-müəyyən olduğunu bildirirlər.
Almaniyanın ZDF İctimai Televiziyasında yayımlanan reportajda Ermənistanın acınacaqlı vəziyyətindən geniş bəhs edilib. Reportajda insanların Ermənistanı soyqırımı ilə, Dağlıq Qarabağda baş verən müharibə ilə əlaqələndirmələrindən danışılır: “Lakin gündəlik həyat üstün mövqe tutur: korrupsiyalaşmış siyasətçilər, tam səfalət. Gənclər ölkədən kütləvi şəkildə qaçır”.
Tədqiqatlar göstərir ki, erməni gənclərin üçdə ikisi ölkəni tərk etmək barədə düşünür, onlar ölkədə olan siyasi, sosial və iqtisadi vəziyyətdən məyusdurlar. Reportajda rəsmi statistikaya istinadən diqqətə çatdırılır ki, ölkə əhalisinin 30 faizi yoxsulluq vəziyyətindədir, real göstəricilər isə, ehtimal ki, xeyli yüksəkdir. Bütün bunlar Ermənistanda hökm sürən demoqrafik problemlərin dərinləşdiyini göstərir. Mənbə yazır ki, ölkədən nə qədər insanın getməsini yalnız təxmini qiymətləndirmək olar: “Hökumət bu rəqəmin ildə 30-40 min adam olmasını əsas götürür. Əsas kütlə Rusiyaya gedir. SSRİ-nin dağılmasından sonra Ermənistan yaşı 16-dan 30-dək olan milyondan çox sakinini (əhalinin üçdəbiri), bununla da öz gələcəyini itirib”.
Ermənistana rəhbərlik edən hərbi xuntanın qeyri-qanuni əməlləri də yerli və beynəlxalq mətbuatın diqqət mərkəzindədir. Bir müddət əvvəl beynəlxalq ekspertlər Ermənistanda “çirkli pullar”ın yuyulması faktları üzrə araşdırma prosesində ciddi nöqsanlar aşkarlayıblar. Vergidən yayınma, qaçaqmalçılıq və oğurluq Ermənistanda “çirkli pullar”ın yuyulması baxımından adi haldır. Bəhs olunan reportajın müəllifi bildirir ki, “Transparency International”ın korrupsiya indeksində Ermənistan Efiopiya, Makedoniya və Vyetnamla bir cərgədə - 107-ci sıradadır. İqtisadiyyat bir neçə oliqarxın əlindədir: hakim elitanın qohumu və dostu olmayanın çətin ki, biznesdə şansı ola bilər. Bununla yanaşı, ölkədə məhkəmə sistemi asılıdır - bu, investorlar üçün məhvedicidir. Hər seçkidən sonra saxtalaşdırma ittihamları səslənir. Seçici siyahılarına hətta ölülərin adları da kütləvi şəkildə daxil edilir.
Digər tərəfdən, regional miqyasda baş verən son hadisələr bir müddət öncə Avropa ilə Rusiya arasında manevr etdiyi söylənilən Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta hazırkı dönəmdə sadəcə hərbi baza, yaxud quberniya səciyyəsi daşıdığını bir daha təsdiqlədi. Son vaxtlar erməni ekspertləri, həmçinin işğalçı ölkənin mediası da Ermənistanın forpost kimi çıxış etdiyini xüsusi olaraq bəyan edirlər. Qeyd edilir ki, bu ölkənin beynəlxalq arenada atdığı addımlar heç bir perspektiv vəd etmir. Əksinə, hakimiyyətin gözləntilərinin sonu geopolitik iflasla nəticələnir. Diqqətə çatdırılır ki, Ermənistanın xarici siyasəti tamamilə iflasa uğrayıb, manevr imkanları qalmayıb. Hakimiyyətin xarici siyasəti nizamlı və müəyyən deyil, Ermənistan artıq nəinki regional layihələr çərçivəsində, eləcə də beynəlxalq aləmdə təcrid vəziyyətinə düşüb. Dolayısıyla, bir müddət öncə Ermənistan hakimiyyəti regional miqyasda cərəyan edən proseslər kontekstində geopolitik imkanlar əldə edəcəyini, müəyyən dividendlər qazanacağını düşünürdü, amma hərbi xunta növbəti dəfə anladı ki, bütün yollar siyasi “tupik”ə aparır. Almaniyanın İctimai Televiziyasında yayımlanan reportajda Ermənistanın geostrateji vəziyyəti Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması səbəbindən “qorxunc yuxu” adlandırılır.
Beləliklə, işğalçı ölkədə dərin sosial-iqtisadi tənəzzül meyilləri Sarkisyan hakimiyyəti ilə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyin artmasını şərtləndirib. Hakimiyyətdə olan hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların dərin etirazına səbəb olur, xaos və qarşıdurmaya rəvac verir. Hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır. Eyni zamanda, hakimiyyət repressiya siyasətini daha da kəskinləşdirərək müxalifətə və ictimai-siyasi fəallara qarşı davamlı təzyiqlər göstərir ki, bu da siyasi kataklizmləri şərtləndirir. Bir sözlə, Ermənistanda total böhran yaşanır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13

