Jalə Əliyeva: Bölgələrimiz bütünlükdə Azərbaycanın nəhəng inkişafının aynasıdır
21.04.2018 [10:12]
Müasir müstəqil Azərbaycanın memarı, bütün uğurlarımızın yolgöstərəni Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan milli inkişaf strategiyası son 15 ildə Onun layiqli davamçısı, hər bir azərbaycanlıya yaxşı Prezident olmağı bacaran İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla davam və inkişaf etdirilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvü, filologiya elmləri doktoru, professor Jalə Əliyeva deyib.
Bölgələrdə həyata keçirilən sosial layihələrin insanların rifah halının yaxşılaşmasına, kənd və şəhərlərin inkişafına təkan verdiyini söyləyən deputat bildirib ki, Prezident İlham Əliyev aprelin 18-də keçirilən andiçmə mərasimindəki nitqində sosial siyasətin qarşıdakı illərdə də daim diqqət mərkəzində olacağını bir daha vurğuladı.
“Azərbaycan ötən 15 ildə bütün sahələr üzrə sürətli templə yüksəliş dövrünü yaşayıb”, - deyən Jalə Əliyeva qeyd edib ki, ölkəmiz iqtisadiyyatın dirçəldilməsi, sənayenin inkişafı, ordu quruculuğu, infrastruktur layihələrinin həyata keçirilməsi, sosial, mədəniyyət, səhiyyə, təhsil və s. sahələrdə əldə etdiyi uğurlarla 150 illik bir məsafə qət etdi desək, yanılmarıq: “Respublikamız, eyni zamanda, beynəlxalq arenada böyük nüfuz və söz sahibi olan bir ölkəyə çevrildi. Azərbaycanın bu illər ərzində ən böyük uğuru isə deyərdim ki, milli vəhdətə nail olmağıdır. Əlbəttə ki, bütün bu sadaladıqlarımda dövlətimizin başçısının imzası, Onun dönməz iradəsi, həyata keçirdiyi qətiyyətli və eyni zamanda, humanist siyasəti dayanır”.
Azərbaycanın möhtəşəm inkişafının bir əhəmiyyətli amilinin də bölgələrimizin böyük sürətlə dirçəlməsi olduğunu qeyd edən Milli Məclisin deputatı deyib: “Vaxt var idi ki, biz bölgələrdə seçicilərlə görüşlərimizdən qeydlərlə ayrılırdıq. Bu qeydlər nədən ibarət olurdu? Qaz! Su! İşıq! Yol! Məktəb! Xəstəxana! Bu kəlmələri məxsusi olaraq böyük hərflərlə və nida qoyaraq yazdım. Çünki görüşlərdən məhz bu istəkləri elə bu şəkildə yazaraq özümüzlə aparırdıq. Bəli, bütün kəndlərimiz bu problemlərlə üzləşirdi. İnsanlar bu problemlərin aradan qaldırılmasını arzulayırdılar. Həmin görüşlərdə biz sadalanan bütün bu məsələlərin Prezident İlham Əliyevin bir vaxtlar irəli sürdüyü “Azərbaycanda kəndlərlə şəhər arasında fərq qalmayacaq” fikrinə əsasən, ən qısa zamanda öz həllini tapacağını, həyata keçiriləcək proqramlar sayəsində bölgələrimizin böyük sürətlə inkişaf edəcəyini, öz simasını tamamilə dəyişəcəyini bildirirdik. Zaman göstərdi ki, biz yanılmamışıq. Bu gün artıq vətəndaşımız illər əvvəlki çoxsaylı arzularına, istəklərinə qovuşub və artıq görüşlərdə tələb deyil, minnətdarlıq hissləri dilə gətirilir”.
Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevin bölgələrin inkişafı ilə bağlı dediyi sözlər regionlarda görülən irihəcmli işlərin miqyasını aydın əks etdirir. Dövlətimizin başçısı deyib: “2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir və bu proqramın ölkə tarixində çox böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq”. Prezidentin bu sözləri günümüzün reallığı, Azərbaycanımızın bütün bölgələrinin inkişafının aynasıdır.
“Hər hansı bir ölkənin Prezidentini göstərin ki, bölgələrə, ən ucqar rayon və kəndlərə bu qədər səfər etmiş olsun, insanların, vətəndaşının vəziyyəti ilə yerindəcə maraqlanmış və operativ tədbirlər görmüş olsun. Belə bir nümunə yoxdur. Bu nümunəni - xalq-dövlət birliyi nümunəsini Azərbaycan Prezidenti İlham Əliyev xalq və dövlət qarşısındakı misilsiz xidmətləri ilə yaradıb. Bu gün Azərbaycan bütün dünyaya sabit, əmin-amanlıq şəraitində inkişaf edən bir ölkə nümunəsini nümayiş etdirir. Xüsusilə son prezident seçkisi xalqın öz liderinə olan böyük sevgisinin, inamının və minnətdarlığının ifadəsinə çevrildi. Xalq daha güclü, daha qüdrətli Azərbaycana səs verdi! Ötən illərə ekskurs edərkən qarşımıza çıxan reallıqlar, faktlar, statistika və potensialımız onu deməyə əsas verir ki, bu gün bölgənin super dövləti olan Azərbaycanın adı qarşıdakı illərdə iqtisadi və siyasi sabitlik, milli inkişaf və demokratik dəyərlərə hörmət baxımından dünyanın ən qabaqcıl ölkələri ilə eyni sırada olacaq. Buna inamımız şəksizdir!”, - deyə Jalə Əliyeva bildirib.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13

