Azərbaycan ilə Böyük Britaniya müxtəlif sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinə malikdir
03.05.2018 [09:40]
Ekspertlər Prezident İlham Əliyevin Böyük Britaniyaya səfərinin tərəflər arasında münasibətlərin inkişafı baxımından böyük strateji önəmə malik olduğunu bildirirlər
Müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmiz həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır.
Azərbaycan Respublikasının sıx əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Böyük Britaniyadır. Qeyd edək ki, qarşılıqlı səfər və görüşlər tərəflər arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri xüsusi əhəmiyyətə malikdir. Məlumat üçün bildirək ki, səfər çərçivəsində Azərbaycanın dövlət başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey və digər rəsmi şəxslərlə mühüm görüşləri olub. Görüşlərdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğu nəzərə çatdırılıb. Səfər çərçivəsində həmçinin Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıblar.
Ekspertlər bu səfərin önəmini yüksək qiymətləndirirlər. Məsələn, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib ki, ölkəmizlə Böyük Britaniya arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf edir: “Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. Xüsusi məqam budur ki, Azərbaycan ilə Böyük Britaniya müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində səmərəli əməkdaşlıq əlaqələrinə malikdir”.
Respublikamızın Xəzərin Azərbaycan sektorunda yerləşən karbohidrogen ehtiyatlarının işlənməsində transmilli şirkətlərlə sıx əməkdaşlıq etdiyini deyən S.Qafarova diqqətə çatdırıb ki, BP şirkətinin Azərbaycandakı fəaliyyəti bu baxımdan mühüm əhəmiyyətə malikdir: “BP şirkəti ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlıq həyata keçirilir. BP şirkəti ilə sıx əməkdaşlıq Azərbaycanın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Ümumiyyətlə, BP və digər şirkətlərlə birgə həyata keçirilən enerji layihələri Azərbaycanın iqtisadi müstəqilliyinin təməlində dayanan əsas faktorlardandır. Bu mənada, tərəflər arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın böyük strateji əhəmiyyəti var”.
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Mahir Abbaszadə qeyd edib ki, Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri tərəflər arasında münasibətlərin inkişafına mühüm töhfə kimi xarakterizə oluna bilər: “Azərbaycan Böyük Britaniya ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm əhəmiyyət verir. Öz növbəsində, Böyük Britaniya da ölkəmizlə münasibətlərin inkişafında maraqlıdır. Məhz qarşılıqlı faydalı əməkdaşlıq iki ölkə arasında bir çox sahələri əhatə edən əlaqələrin yüksək səviyyədə olmasını təmin edib”.
Onun sözlərinə görə, xüsusilə iqtisadi sahəni əhatə edən əməkdaşlıq münasibətləri hər iki tərəf üçün müstəsna əhəmiyyətə malikdir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədən sonra Böyük Britaniyaya səfər etdi. Bu səfərin nəticələri iki ölkə arasında münasibətlərin məmnunluq doğurduğunu və mühüm perspektivlərə malik olduğunu nümayiş etdirdi. Xüsusilə də, iqtisadi sahədə əməkdaşlığın inkişafı diqqət mərkəzindədir. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan xarici ölkələrdəndir. Bu fakt və sonuncu səfərin nəticələri tərəflərin iqtisadi əlaqələri və bir çox sahəni əhatə edən əməkdaşlıq münasibətlərini inkişaf etdirmək niyyətində olduğunu göstərən mühüm reallıqlardan biridir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54

