Bəhruz Quliyev: Paşinyanın anormal təfəkkürü Ermənistanı çökdürəcək
15.05.2018 [09:00]
“Paşinyanın Azərbaycanla bağlı dedikləri, ilk növbədə, onun nə qədər qeyri-ciddi siyasətçi və avantürist şəxs olduğunun göstəricisidir”.
Bunu “Trend”ə siyasi ekspert Bəhruz Quliyev Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanın Azərbaycan dövləti ilə bağlı fikirlərini şərh edərkən bildirib.
Ekspertin fikrincə, ümumiyyətlə, Ermənistan bu cür davam edərsə, heç vaxt inkişafda, tərəqqidə olan dünyaya inteqrasiya edə bilməyəcək: “Biz bir reallığın şahidləriyik ki, uzun illərdir “dənizdən-dənizə” adlı utopik düşüncə kontekstində xəyallar quran erməni ictimaiyyəti və bu ictimaiyyətin siyasi liderləri həmin “siyasət”in güdazına gedərək dünyadan təcrid olunmuş vəziyyətdə qalıblar. İstər Paşinyan olsun, istərsə də Ermənistanın əvvəlki rəhbərlikləri - onların hər birinin ölkələrinin uçuruma doğru yuvarlanaraq məhvə sürüklənməsində rolları mövcuddur”.
“Sarkisyan rejimi çökdü və bu, dünyanı sevindirdi, ən çox isə bizlər belə bir hadisəni gözləyirdik”, - deyə qeyd edən B.Quliyev bildirib ki, hər kəs Serj Sarkisyanı devirən Nikol Paşinyanın normal fikirlərlə çıxış edəcəyini gözləyirdi, lakin o, öz naşılığını, küçə siyasətçisi olduğunu dərhal ucuz bəyanatları ilə nümayiş etdirdi: “Bu gün regionda lider dövlət olaraq qiymətləndirilən, beynəlxalq terrorla mübarizəyə xüsusi töhfələrini verən, regional və beynəlxalq layihələrdə təşəbbüskar, eləcə də iştirakçı ölkə kimi dəyərləndirilən Azərbaycan dövlətinə qarşı səviyyəsiz mövqeyini ortaya qoymuş Paşinyan hələ də anlamır ki, onun ölkəsi məhz belə uğursuz siyasətlər, yöndəmsiz bəyanatlar nəticəsində təcrid olunmuş vəziyyətə düşüb”.
Ekspert həmçinin xatırladıb ki, N.Paşinyanın istər Rusiyaya, istərsə də Qərbə doğru meyillənməsi Ermənistana heç nə verməyəcək. Belə ki, Ermənistan bir dövlət olaraq artıq öz müstəqilliyini itirib: “Bütün bunların müqabilində isə təkcə bir faktı nəzərə çatdırmaq istərdim. Baxın, artıq Azərbaycanda dəfələrlə Rusiya ilə ABŞ-ın Baş Qərargah rəislərinin, habelə Rusiya hərbi dairələrinin komandanlığı ilə NATO komandanlığının görüşləri keçirilib və belə görüşlər mütəmadi xarakter alaraq ölkəmizin regiondakı və dünyadakı geosiyasi əhəmiyyətini sübuta yetirir. Ümumiyyətlə, superdövlətlərin müntəzəm şəkildə həyata keçirdikləri Bakı görüşləri, eləcə də paytaxtımızda Azərbaycanın iştirakı ilə çoxtərəfli diplomatik görüşlərin reallaşdırılması öz-özlüyündə ölkəmizin bütün sahələri əhatə edən inkişaf, eyni zamanda, dünyaya inteqrasiya gerçəkliklərini nümayiş etdirir. Yaxşı olardı ki, Paşinyan boğazından yuxarı bəyanatlar səsləndirərkən bu barədə düşünərdi”.
Onun sözlərinə görə, ümumiyyətlə, N.Paşinyanın fikir və düşüncələri müharibə ritorikasına köklənib ki, bunun nəticəsində Azərbaycan bütün gücünü ortaya qoyaraq nəinki 20 faiz işğal altında qalmış ərazilərini, eləcə də dədə-baba yurdumuz olan Qərbi Azərbaycan ərazilərini mənfur düşməndən azad edə bilər: “Bir daha əminliklə deyə bilərəm ki, Paşinyanın anormal təfəkkürünə söykənən bəyanatları bütövlükdə Ermənistan dövlətini çökdürəcək”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

