/ / Siyavuş Novruzov: Rüstəm İbrahimbəyov filmdə qorxaq azərbaycanlı obrazını, yəqin ki, özünü düşünərək yaradıb
Siyavuş Novruzov: Rüstəm İbrahimbəyov filmdə qorxaq azərbaycanlı obrazını, yəqin ki, özünü düşünərək yaradıb
24.05.2018 [09:33]
“Biz Rüstəm İbrahimbəyovun dəfələrlə belə əməllərinin şahidi olmuşuq. Bu baxımdan məhz Rüstəm İbrahimbəyovun ssenari müəllifliyi ilə “Qafqaz üçlüyü” kimi filmin çəkilməsində də təəccüblü heç nə yoxdur”.
Bunu APA-ya açıqlamasında ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunmasına münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
S.Novruzov deyib ki, R.İbrahimbəyovun bir müddət əvvəl Rusiya mətbuatında azərbaycanlıları aşağılayan yazısı dərc olunub: “O cümlədən digər xalqların nümayəndələrinin Bakıdan köçməsinin ziyalılıq səviyyəsinin aşağı düşməsinə səbəb olması, azərbaycanlıları vəhşi kimi qələmə verməsi barədə fikirlərinə müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrdə, yazdığı yazılarda rast gəlmişik. Ermənilərlə şərikli filmlər çəkməsi, ermənilər tərəfindən maliyyələşməsi də dəfələrlə qeyd olunub. “Qafqaz üçlüyü” filmi də bunun davamıdır. Biz mütəmadi deyirdik ki, “Milli şura” layihəsi ermənilər tərəfindən maliyyələşdirilir. Rüstəm İbrahimbəyovu “Milli şura”nın sədri seçən, onu təmtəraqla prezidentliyə namizəd göstərən qüvvələr indi bu filmə diqqətlə baxsınlar, özlərini əsl azərbaycanlı hesab edirlərsə, münasibətlərini bildirsinlər. Rüstəm İbrahimbəyovun mitinqlərdə şəkillərini qaldıran o partiyaların sıravi üzvləri bu məsələdən xəcalət çəkirlərmi? Erməniyə dəstək verən bir insanın şəklini əllərində qaldırıb mitinqdə gəzdirirdilər. Budur onların xisləti. Bu filmdə Azərbaycan xalqı, türk xalqı təhqir olunur. İnsan hakimiyyətə qarşı müxalifətdə ola bilər, amma dövlətinə, millətinə qarşı müxalifətdə olmaq olmaz. Bu, dövlətə, dövlətçiliyə, millətə, Azərbaycan, türk etnosuna qarşı düşmənçilikdir. Bu, ermənilərin 100 ildən artıq apardığı düşmənçiliyin ən mərkəz nöqtəsidir ki, bu gün bu düşmənçilik adı azərbaycanlı qoyulan Rüstəm İbrahimbəyovun əli ilə aparılır”.
S.Novruzov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra indiyə qədər Azərbaycanın müstəqilliyi, Xalq Cümhuriyyəti, Dağlıq Qarabağ, azərbaycanlıların Ermənistandan qovulması, uşaqların, qadınların, yaşlıların vəhşiliklə qətlə yetirildiyi, başlarının dərilərinin soyulduğu, gözlərinin çıxarıldığı, ayaqlarının qırıldığı Xocalı soyqırımı ilə bağlı R.İbrahimbəyov hər hansı film, yazı ortaya qoymayıb: “Dünyanın bir çox ölkəsinin parlamenti Xocalı soyqırımını tanıyıb, Rüstəm İbrahimbəyovun gözü bunu görmür?! Bütün bunlar hansısa əsrdə baş verməyib, XX əsrin sonunda olan hadisədir, faktlar lentə alınıb. Bu adam bunu görmürsə, deməli, o adamda azərbaycanlı qanı, azərbaycanlı düşüncəsi yoxdur. Rüstəm İbrahimbəyov ermənilərin əhatəsində olub və filmdə göstərdiyi qorxaq azərbaycanlı da elə onun özüdür, yəqin ki, özünü düşünərək o obrazı yaradıb. Çünki istənilən anda azərbaycanlılar həmişə ermənilərdən üstün olublar. Biz sovet dövründə hərbi xidmətdə olmuş insanlarıq, ermənilər həmişə bizim himayəmizdə dolanıblar. Hərbi xidmətdə biz onları başqa millətlərin nümayəndələrindən qorumuşuq, döyülmələrinin qarşısını almışıq. Filmdə azərbaycanlını aşağılamaq, ermənini qəhrəman kimi təqdim etmək ancaq erməni qanı olan şəxsə xas olan əməldir. Mən çox təəssüf edirəm ki, Maqsud İbrahimbəyov kimi bir insan onun qardaşıdır. Mən inana bilmirəm ki, Maqsud İbrahimbəyov kimi bir insanın, böyük bir ziyalının, böyük bir azərbaycanlının bu cür ermənipərəst qardaşı olsun”.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

