Robert Koçaryan və Serj Sarkisyan həbs oluna bilər
09.06.2018 [08:37]
Bu cütlüyün formalaşdırdığı quldur rejim təkcə Azərbaycan xalqına qarşı deyil, erməni xalqına qarşı da çoxsaylı cinayətlər törədib
Məlum olduğu kimi, Ermənistan dərin sosial-iqtisadi böhran içərisindədir. Bu ölkənin məhz belə bir acınacaqlı duruma düşməsi ilk növbədə onun işğalçılıq siyasəti ilə bağlıdır. Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması nəinki Ermənistan hakimiyyətinə ciddi dividend gətirib, əksinə vəziyyətini daha da ağırlaşdırıb. Levon Ter-Petrosyanın istefasından sonra işğalçı ölkədə hakimiyyətə gələn Qarabağ klanı isə onsuz da ürəkaçan olmayan durumu daha da gərginləşdirib.
Əvvəlcə Robert Koçaryanın, daha sonra Serj Sarkisyanın hakimiyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistan tərəfindən heç bir addım atılmayıb. Buna paralel olaraq, işğalçı ölkənin kriminal rəhbərliyi müxtəlif təxribatlarla mövcud status-kvonun saxlanılmasına çalışıb. Onların hakimiyyəti dövründə Azərbaycanın işğal olunmuş ərazilərində vandalizm aktları həyata keçirilərək tarixi-mədəni abidələrimiz dağıdılıb, ərazilər yandırılıb, hətta məzarlıqlar belə vəhşicəsinə məhv edilib.
Amma Koçaryan-Sarkisyan cütlüyünün formalaşdırdığı quldur rejim təkcə Azərbaycan xalqına deyil, erməni xalqına qarşı da çoxsaylı cinayətlər törədib. İlk növbədə, onlar Ermənistanı beynəlxalq miqyasda rəzil vəziyyətə salıblar. Belə ki, işğalçı Ermənistan beynəlxalq münasibətlər sistemində “forpost” dövlət kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmək iqtidarında deyil.
Digər mühüm məqam ondan ibarətdir ki, bu cütlüyün hakimiyyəti Ermənistanda demokratiya və insan haqları kimi dəyərləri ayaqlar altına atıb. Belə ki, bu dövrlərdə işğalçı ölkədə bütün seçkilər rejim tərəfindən saxtalaşdırılıb, siyasi plüralizm, söz azadlığı hər zaman təhdid altında olub, vətəndaşların sərbəst toplaşmaq azadlığı pozulub və etiraz aksiyaları dağıdılıb. Hətta Koçaryan-Sarkisyan cütlüyü hakimiyyəti qorumaq üçün öz xalqına qarşı silah işlətməkdən belə çəkinməyib. Xatırlatmaq yerinə düşər ki, 2008-ci il martın 1-də Ermənistanda seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının dağıdılması, insanların gülləbaran edilməsi və nəticədə 10 nəfərin qətlə yetirilməsi bilavasitə R.Koçaryanla S.Sarkisyanın öz xalqına qarşı cinayətidir.
Artıq erməni KİV-lərində 2008-ci ilin 1 mart hadisələrinin təfərrüatları açıqlanmaqdadır. 1in.am saytı həmin hadisələr zamanı daxili qoşunların komandanı olan Qriqor Qriqoryanın etiraflarını dərc edib. Sayt xəbər verir ki, bu yaxınlarda Qriqor Qriqoryan 1 mart hadisələrinə görə sorğulanıb: “Qriqor Qriqoryan martın 1-də 10 nəfər Ermənistan vətəndaşının (onların 8 nəfəri mülki şəxsdir) ölümü ilə nəticələnən dinc nümayişin dağıdılması üçün keçirilən xüsusi əməliyyatın rəhbəri idi. Ona görə də, Qriqoryanın sorğulanması vacibdir. Mənbənin məlumatına görə, sorğu zamanı Qriqor Qriqoryan o vaxt prezident Robert Koçaryandan aldıqları əmr əsasında nümayişçilərə hücum edildiyini etiraf edib. Bundan əlavə, nümayişçilərə atəş açmaq üçün birbaşa təlimat verilib və bu cür hallarda qadağan edilən xüsusi vasitələrdən istifadə olunub”.
Qriqoryanın sözlərinə görə, o dövrdə Koçaryan prezident olmaqla yanaşı, ali baş komandan idi və bu səbəbdən daxili qoşunların komandanı kimi ona qarşı çıxa və qanlı göstərişlərinə tabe olmaya bilməzdi. Bununla yanaşı, Qriqoryan özünün şəxsi təhlükəsizliyi üçün R.Koçaryanla danışıqlarını öz telefonuna yazdığını və bunu bəyanatlarının əsaslandırılması kimi təqdim edə biləcəyini də söyləyib.
Erməni KİV-i onu da qeyd edir ki, bir çox insanlar, xüsusilə iş adamları səbirsizliklə Koçaryanın həbs ediləcəyi günü gözləyirlər: “Çünki onların hər birinin əmlakının və biznesinin əlindən alınması ilə bağlı maraqlı tarixçələri var”.
Göründüyü kimi, Koçaryan-Sarkisyan cütlüyü çox çətin durumdadır. Onları erməni xalqına qarşı törətdikləri cinayətlərə görə həbs gözləyir. Ən azı proseslər buna doğru gedir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

