Azərbaycan-İran əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
29.06.2018 [10:02]
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iyunun 28-də İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov İran və Azərbaycanın müştərək tarixə, mədəniyyətə və dini bağlılığa malik olduğunu deyib. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra iki ölkə arasındakı əlaqələrə xüsusi əhəmiyyət verilib, dostluq və qardaşlıq münasibətləri həmişə qorunub. Bu əlaqələrin bu gün də yüksələn xətlə inkişaf etdiyini deyən Ziyafət Əsgərov xalqlarımız arasındakı dostluq münasibətlərini xüsusi vurğulayıb.
Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, prezidentlərin qarşılıqlı səfərləri əlaqələrimizin daha da möhkəmlənməsinə təkan verir. İran və Azərbaycan arasındakı münasibətlərin bir çox ölkələrə nümunə ola biləcəyini deyən Ziyafət Əsgərov bu əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, 2010-cu ildən İranda və Azərbaycanda qarşılıqlı olaraq Mədəniyyət Günlərinin keçirilməsi artıq ənənə halını alıb.
Parlamentlərarası əlaqələrdən danışan Milli Məclis sədrinin birinci müavini dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.
Ziyafət Əsgərov hökumətlər səviyyəsindəki münasibətlərdən də söz açıb. O, Azərbaycan-İran müştərək komissiyasının fəaliyyətini xüsusi qeyd edib.
Söhbət zamanı Milli Məclis sədrinin birinci müavini, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəblərindən, ağır nəticələrindən danışıb. Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistan tərəfi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə 1 milyon 200 min qaçqın və məcbur köçkün var.
Nazir Seyid Abbas Salehi qədim tarixə malik olan Azərbaycan-İran əlaqələrinin son illər yüksək səviyyəyə çatdığını deyib. O, bu münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini xüsusi qeyd edib. Seyid Abbas Salehi hər iki ölkənin regional və beynəlxalq məsələlərdə müştərək mövqe sərgilədiyini söyləyib.
İqtisadi əlaqələrdən söz açan nazir bu sahədə münasibətlərin daha da dərinləşdirilməsi üçün görülən işlərdən danışıb.
Seyid Abbas Salehi elm, təhsil, mədəniyyət və incəsənət kimi sahələrdə də əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29

