Rauf Əliyev: Film Bolqarıstan cəmiyyətinə Qarabağ həqiqətlərini aydın şəkildə çatdırır
04.07.2018 [09:59]
“Bolqarıstanın BTV kanalında Qarabağ həqiqətlərindən bəhs edən film nümayiş etdirilib. “Spomeni ot Karabax” adlanan filmdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan torpaqlarının işğalı əks olunub. Filmdə erməni vəhşiliyi, Xocalı soyqırımı və digər qətliamlar və təmas xəttindəki mövcud durum barədə obyektiv həqiqətlər bolqar tamaşaçılarına təqdim edilib. Film qısa müddət ərzində rezonans doğurub. Bunun ardınca filmdəki həqiqətləri həzm edə bilməyən ermənilər jurnalistlərə və televiziyaya qarşı hücuma keçiblər”. Bu fikirləri Azərbaycan-Bolqarıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, Bolqarıstan erməni diasporunun güclü təşkilatlandığı ölkələrdən biridir. Film Bolqarıstan cəmiyyətinə Qarabağ həqiqətlərini aydın şəkildə çatdırır. Onun sözlərinə görə, bu filmin çəkilməsində və nümayiş etdirilməsində Azərbaycan-Bolqarıstan əlaqələrinin çox yüksək səviyyədə olması, iki ölkə arasında, xalqlarımız arasında yaranmış dostluq münasibətləri həlledici rol oynayıb. Diplomatik əlaqələr yaradıldıqdan sonra iki ölkənin dövlət və hökumət başçıları, parlament rəhbərləri, nazirlər və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri gerçəkləşib.
“Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına səfəri böyük rol oynayıb. Eləcə də 2017-ci ilin oktyabr ayında Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri Azərbaycanla Bolqarıstan arasındakı strateji əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün əlverişli şərait yaradıb. Bu vaxta kimi iki ölkə arasında müxtəlif sahələri, iqtisadiyyat, xüsusilə energetika, sosial, mədəniyyət, idman və digər sahələri əhatə edən 60-dan çox sənəd imzalanıb. Qarşılıqlı səfərlərdə və görüşlərdə daim Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qaldığı, torpaqlarımızın 20 faizinin işğal olunduğu nəzərə çatdırılıb. İki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Milli Məclisinin və Bolqarıstan parlamentinin xüsusi rolu var”, - deyən R.Əliyev əlavə edib ki, bu filmin yaradılması və nümayiş etdirilməsi bir daha göstərir ki, həqiqətləri heç vaxt gizlətmək mümkün deyil. Millət vəkili deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı uğurlu, balanslaşdırılmış xarici siyasət nəticəsində beynəlxalq aləmdə Azərbaycanın nüfuzu ildən-ilə artır: “Bu da Qarabağ haqqındakı həqiqətlərin beynəlxalq aləmdə daha geniş surətdə yayılmasına əlverişli şərait yaradır. İnanırıq ki, bir müddətdən sonra, işğal olunmuş torpaqlarımızda erməni faşistlərinin törətdiyi əməlləri, Qarabağ həqiqətlərini əks etdirən müxtəlif ölkələrdə çəkilmiş filmlərin şahidi olacağıq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

