/ / Elhadc As Si: Azərbaycan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının fəal tərəfdaşıdır
Elhadc As Si: Azərbaycan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının fəal tərəfdaşıdır
04.07.2018 [10:05]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadc As Si ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Federasiya arasında mövcud münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edilib.
Elhadc As Si Azərbaycanı təmsil etdiyi qurumun fəal tərəfdaşı adlandırıb, ölkəmizdə humanitar sahədə görülən işlərdən və əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib.
Görüşdə, həmçinin milli cəmiyyətlərin fəaliyyətinin artırılması, milli və regional səviyyələrdə həyata keçirilən layihələr, humanitar fəaliyyətin dəstəklənməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) müxtəlif ölkələrdə həyata keçirdiyi layihə və proqramlar, habelə humanitar yardım sahəsində gördüyü işlər barədə məlumat verib.
Baş katib Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tərkibində yaradılmış, beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirən AIDA haqqında məlumatlı olduğunu və sözügedən qurumun fəaliyyəti və layihələri ilə yaxından tanış olmaq istədiyini bildirib.
Nazir həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4 min nəfərdən çox azərbaycanlının itkin düşmüş hesab olunduğu barədə məlumat verib. O, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinin vacibliyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59

