Vüqar Rəhimzadə: Dövlətimiz və cəmiyyətimiz bu çətin sınaqdan üzüağ və şərəflə çıxdı
06.07.2018 [09:33]
Dünyada elə bir dövlət yoxdur ki, təbii fəlakətlərdən, hansısa qəzalardan sığortalansın. Biz zaman-zaman, hətta dünyanın inkişaf etmiş ölkələrində belə təbii fəlakətlərin, qəzaların baş verməsinin, bunun nəticəsində xeyli sayda insanın zərər çəkməsinin şahidi olmuşuq. Lakin bu məqamda əsas olan fəlakətlərin, qəzaların nəticələrinin tez bir zamanda aradan qaldırılması, dövlət orqanları ilə yanaşı, sadə vətəndaşların da həmrəylik nümayiş etdirərək baş verənlərə daha dolğun, kamil şəkildə yanaşmalarıdır. Bir neçə gün öncə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təminatında yaranmış problemlərin tez bir zamanda aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komissiyası yaradıldı, aidiyyəti qurumlar səfərbər edildi. Bununla baş verə biləcək daha böyük problemlərin qarşısı alındı, ölkənin enerji təminatı bərpa edildi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında ölkənin enerji sistemindəki vəziyyətlə bağlı keçirilən müşavirədə də bu məsələlər ciddi şəkildə müzakirə edildi, dövlətimizin başçısı xüsusi tapşırıqlar verdi. Dövlətimizin başçısı müşavirədə Dövlət Komissiyasının qarşısında dayanan vəzifələri xatırlatdı və qəzanın səbəblərinin aşkar edilməsinin vacibliyini bildirdi. Qarşıda duran əsas vəzifələrdən biri də görüləcək tədbirlər haqqında təkliflər vermək və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamaqdır. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır deyən Prezident İlham Əliyev baş vermiş hadisəyə xüsusi həssaslıqla yanaşır və daim nəzarət edir. Təbii ki, insanların da bu məsələyə münasibəti xüsusi olaraq vurğulanmalıdır. Son bir neçə gündə Fövqəladə Hallar Nazirliyi və daxili işlər orqanlarının gördükləri təcili və təxirəsalınmaz tədbirlərlə yanaşı, sadə insanlar da bu məsələ ilə bağlı böyük məsuliyyət, əsl vətəndaş həmrəyliyi göstərdilər. Bir sözlə, dövlətimiz və cəmiyyətimiz bu çətin sınaqdan üzüağ və şərəflə çıxdı.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu hadisədən yenə də öz şəxsi maraqları, çirkin niyyətləri üçün istifadə etməyə çalışanlar da tapıldı: “Qeyd etdiyimiz kimi, son bir neçə gündə yaranan problemə Azərbaycan cəmiyyəti kifayət qədər dolğun, kamil reaksiya verdi və dövlət orqanları ilə birlikdə sadə insanlar da qəzanın nəticələrinin tez bir zamanda aradan qaldırılması üçün var qüvvəsi ilə çalışdı, hər kəs əlindən gələni etdi. Təəssüf ki, ölkə daxilindəki bəzi dağıdıcı müxalifət ünsürləri, eləcə də xaricdə oturub milli maraqlarımızı baltalamaqla məşğul olan erməni xislətli “soydaşlarımız” baş verənlərdən yenə də hansısa formada öz xeyirləri üçün “yararlanmağa” çalışdılar. Onlar sosial şəbəkələr vasitəsilə insanlara kriminal xarakterli çağırışlar edərək yenə çaşqınlıq yaratmağa, “sahiblərinin” sifarişlərini yerinə yetirməyə cəhd etdilər. Lakin unutdular ki, Azərbaycan cəmiyyəti 1991-1992-ci illərin cəmiyyəti deyil. Dövr dəyişib, insanlar bu cür yalanlara inanmırlar. Xaricdə oturub boş-boş danışmaqdan başqa işi-gücü olmayan bu ünsürlər fürsət düşən kimi Azərbaycanı gözdən salmağa çalışırlar. Bir insan öz vətəninə, millətinə qarşı bu qədərmi qərəzli olar?! Bu insanların bir adı var: satqın, xəyanətkar... Ancaq hər zaman olduğu kimi, yenə də onların qaranlıq arzuları ürəklərində qaldı. Vətəndən uzaqda ermənilərin və ermənipərəst dairələrin pulları ilə “bəslənən” belələrinin yeri ancaq tarixin zibilliyidir”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

