/ / Professor İbrahim Cəfərov: Gəncəlilər müstəqil dövlətimizin, dövlətçiliyimizin və Prezidentimizin daim yanında olub və olacaqlar
Professor İbrahim Cəfərov: Gəncəlilər müstəqil dövlətimizin, dövlətçiliyimizin və Prezidentimizin daim yanında olub və olacaqlar
12.07.2018 [09:42]
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov iyulun 10-da Gəncədə törədilən cinayətlə bağlı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində aşağıdakıları deyib:
- Bu hadisələrə doğru qiymət vermək üçün yaxın tarixə ekskurs etmək lazımdır. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinin qeyd olunması, bununla bağlı olaraq iyunun 26-da hərbi paradın keçirilməsi və ən müasir silahların həmin paradda nümayiş etdirilməsi, bir sözlə, dövlətimizin hərbi qüdrətinin nümayişi, görünür ki, xaricdə və daxildə olan pozucu qüvvələr tərəfindən narahatlıqla qarşılanıb. Təsadüfi deyil ki, həmin qüvvələr respublikamızda, eləcə də onun ikinci böyük şəhəri olan Gəncədə sabitliyi pozmaq, iğtişaş yaratmaq üçün fəaliyyətə keçiblər.
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının silahlı sui-qəsdə, terrora məruz qalması, ayın 10-da isə bir qrup radikal ünsürün şəhərin mərkəzində qarşıdurma yaratmağa cəhd etməsi, ümumilikdə ölkədə xaos, anarxiya yaratmaq istəyən qüvvələrin məqsədinə xidmət edir.
Bu insanların əvvəlcədən sosial şəbəkələr vasitəsilə şəhərin mərkəzinə toplaşmaq üçün çağırışlar etməsi, daha sonra bir fit səsi ilə hamısının meydanın mərkəzinə toplaşaraq bizim danışığımızdakı ləhcə və şivəmizə uyğun olmayan tərzdə dini şüarlar səsləndirməsi bu cür düşünməyə əsas verir ki, həmin insanlar radikal, dini təmayüllü pozucu qüvvələrdir. Onlar dünyanın hansısa mərkəzləri tərəfindən idarə olunur və istiqamətləndirilir. Onların əsas məqsədi ölkədə vətəndaş qarşıdurması yaratmaq, dincliyimizi və əmin-amanlığımızı pozmağa yönəlib.
Əlbəttə, cəmi 15-20 dəqiqə ərzində Azərbaycan polisinin qətiyyəti ilə dövlətimizin gücü həmin başıpozuq qüvvələrə nümayiş etdirildi. Sevindirici hal odur ki, Gəncə şəhərinin sakinləri onların təxribat xarakterli dini şüarlarına və çağırışlarına heç bir dəstək vermədilər.
İndi bütün gəncəlilərin əsas istəyi həmin qüvvələrin tez bir zamanda aşkarlanması, zərərsizləşdirilməsi və qanunla cinayət məsuliyyətinə cəlb edilməsidir. Gəncəlilər müstəqil dövlətimizin, dövlətçiliyimizin və Prezidentimizin daim yanında olub və olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

