Pərvin Kərimzadə: Azərbaycanda sabitliyi pozmağa çalışan qüvvələrin planları puç oldu
14.07.2018 [10:09]
“Hazırda Azərbaycan öz tarixinin ən güclü dövrünü yaşayır. Bu gün ölkəmiz ali tribunalardan sözünü deməyi bacaran, mövqeyini qoruyan qüdrətli müstəqil dövlətdir. Bu gücün təməlində isə Ümummilli lider Heydər Əliyevin bu günümüz, gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyası dayanır və bu dövləti heç bir qüvvə sarsıda bilməz. Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, heç bir xarici və daxili düşmənlər müstəqil Azərbaycan dövlətinin xalq-iqtidar birliyinin təməlli monolitliyinə zərər vurmaq iqtidarında deyil”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, iqtidarla xalqın həmrəyliyi, bir-birinə sıx bağlılığı sayəsində bu gün Azərbaycan vətəndaşlarının rifah və təhlükəsizlik mühitində yaşadığı sabitlik adasına çevrilib. Onun sözlərinə görə, bu sabitliyi pozmağa cəhdlər indiyə kimi olub, bunu planlayanlar həmişə uğursuzluğa düçar olublar. Çünki xalq heç zaman pozucu, xəyanətkar qüvvələrin arxasınca getməyib və getməyəcək.
“10 iyulda Gəncədə baş verən hadisələr göstərdi ki, Azərbaycan dövlətinin və xalqının vəhdətini, sarsılmaz birliyini, sabitliyi pozmağa çalışan cinayətkar və antimilli qüvvələrin məkrli planları puç oldu. Cinayətkarların ifşa olunması, müstəqil və hüquqi, eləcə də demokratik quruluşlu dövlətçilik ənənələrimizin müdafiəsi uğrunda şəhid olan polis zabitlərimizin həyatlarını qurban vermələri pozucu, təxribatçı qüvvələrin məkrli planlarının hər zaman puç olacağını bir daha təsdiqlədi. Bu hadisələr zamanı eyni zamanda Azərbaycan xalqı, həmçinin Gəncə sakinləri dövlətin və dövlətçiliyin yanında olduqlarını bir daha təsdiq etdilər”, - deyə deputat vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

