Brüssel sammiti Azərbaycanın uğurlu xarici siyasətinin real nəticələrini əks etdirdi
17.07.2018 [09:22]
Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri ölkəmizin yüksək nüfuzunu və gücünü, Ermənistanın isə heç kimə lazım olmadığını, zəifliyini nümayiş etdirdi
Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər və imzalanmış sənədlər ölkəmizlə Avropa İttifaqı (Aİ) və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə müstəsna töhfə kimi dəyərləndirilir. Azərbaycan Prezidenti yüksək səviyyədə qarşılandı, nəzərdə tutulmuş bütün məsələlər uğurla həll olundu. Həm Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin qarşılıqlı faydalı maraqlar əsasında inkişaf etdirilməsi, həm Dağlıq Qarabağ münaqişəsinin həlli, həm də digər məsələlərdə qurum rəsmiləri ölkəmizə və dövlətimizin başçısına yüksək hörmət, etimad və diqqət nümayiş etdirdilər. Bu isə Azərbaycanın strateji nöqteyi-nəzərdən əhəmiyyətli ölkə olduğunu, mühüm söz sahibi və nüfuzlu bir dövlət kimi özünü təsdiq etdiyini göstərir.
Ermənistan üçün isə Brüssel sammiti baş nazir Nikol Paşinyanın məyus halda və əliboş qayıtması ilə yadda qaldı. Hələ sammitdən öncə N.Paşinyan “inqilabın lideri” kimi Avropa İttifaqı ölkələri və rəsmilərindən özünə, ölkəsinə qarşı xüsusi diqqət gözləyirdi, amma sonrakı proseslər bu gözləntinin boşa çıxmasına səbəb oldu. Ən əsası, erməni baş nazirin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri iflasa uğradı. Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerininin danışıqlar prosesinin heç bir şərt qoyulmadan davam etdirilməli olduğunu açıq şəkildə bəyan etməsi erməniləri məyus etdi. Üstəlik, həm Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, həm də NATO-nun Sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olunması Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdinin iflasa uğramasını şərtləndirdi.
Başqa bir məqama nəzər yetirək. Bəllidir ki, Paşinyan Brüsselə səfəri zamanı Avropa İttifaqından 70-80 milyon avro pul almaq istəyirdi. Qısa müddət ərzində seçkilər keçirib məsələni həll etmək niyyətində olan Paşinyan bu məqsədlə Avropa İttifaqından vəsait almağa çalışsa da, qurum tərəfindən ona “yox” deyildi. Ona hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi.
Nəticə etibarilə, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri ölkəmizin yüksək nüfuzunu və güclü dövlət olduğunu, Ermənistanın isə heç kimə lazım olmadığını, zəifliyini nümayiş etdirdi. Bu reallıq isə Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Prezident İlham Əliyevin Brüsselə səfəri və səfər zamanı NATO-nun toplantısında iştirakı siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. E.Məmmədov bildirib ki, səfər zamanı dövlətimizin başçısı bir sıra ikitərəfli görüşlər keçirib, NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib.
“Məlumdur ki, Azərbaycanla NATO arasında çox fəal tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkəmiz bu təşkilatın müxtəlif proqramlarında yaxından iştirak edir. Azərbaycanın istəyi ondan ibarətdir ki, həm Avropa İttifaqı, həm də NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində fəallıq göstərsin. Çünki hər iki təşkilat dünyada böyük nüfuza sahibdir və Ermənistanın işğalçı siyasətinə son qoyulmasında vacib rol oynamaq imkanına malikdirlər. Prezident İlham Əliyev NATO çərçivəsində keçirilən görüşlərdə və çıxışında bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Xüsusi məqam ondan ibarətdir ki, Brüsseldə keçirilən Zirvə toplantısının yekununda NATO-nun üzv dövlətləri qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə etdilər. Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir”, - deyə deputat qeyd edib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri mühüm uğurlarla yadda qaldı. Xüsusilə NATO çərçivəsində keçirilən görüşlərdə və tədbirlərdə dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, torpaqlarımızın bir hissəsinin hələ də Ermənistanın işğalı altında olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı”. Bu fikirləri isə Milli Məclisin deputatı Flora Qasımova deyib. F.Qasımova bildirib ki, istər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur. Onun sözlərinə görə, Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğrayıb.
“NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır. Əlbəttə ki, bu fakt bir daha Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsidir. Artıq Ermənistanın işğalçılıq siyasəti dünyada tam ifşa olunub və ermənilərin yalanlarına heç kim inanmır. Eyni zamanda, Ermənistan dünyada ciddi bir dövlət kimi qəbul olunmur. Brüsseldə Paşinyana olan soyuq münasibət bu faktı bir daha təsdiqlədi. O, Brüsselə səfəri zamanı ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro almağa çalışsa da, məqsədinə nail ola bilmədi. Avropa İttifaqı açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi. Ermənistan hakimiyyəti anlamalıdır ki, onun gələcəyi işğalçılıq siyasətinə son qoyulmasından keçir. Əgər Ermənistan Azərbaycanın torpaqlarını xoşluqla işğaldan azad etsə, onda hər hansı perspektivdən danışmaq mümkündür”, - deyə deputat qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

