Hikmət Babaoğlu: Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir
18.07.2018 [09:40]
Azərbaycan mətbuatının problemləri və qayğıları daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Mediamızın bugünkü inkişafı, ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin peşə nüfuzunun artırılması, onların məişət problemlərinin həlli, evlə təmin olunması, çap məhsullarının əlavə dəyər vergisindən azad edilməsi və s. kimi mühüm məsələlər məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu qeyd edib ki, son illərdə idxal edilən qəzet kağızının bizdən asılı olmayan səbəblərdən bahalaşması çap mediası üçün müəyyən çətinliklər yaratmaqdadır. Belə məqamda Azərbaycan Prezidentinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə mətbuatımıza birdəfəlik yardım ayırması olduqca böyük hadisədir və mümkün problemləri əvvəlcədən həll etmək baxımından olduqca əhəmiyyətlidir.
Deputat deyib ki, dövlətimizin başçısı informasiya təhlükəsizliyi məsələlərinə çox böyük önəm verir və onu milli təhlükəsizliyimizin əsas komponentlərindən biri kimi qiymətləndirir. Bu, milli mətbuatımıza verilən çox böyük qiymətdir. Doğrudan da postmodernist cəmiyyətlər əsas etibarilə informasiya cəmiyyəti kimi xarakterizə olunur və informasiya belə cəmiyyətlərdə əsas institutlardan biri kimi çıxış edir. Azərbaycanda da demokratik və açıq cəmiyyət mövcud olduğu üçün informasiya resurslarının keyfiyyəti, əslində elə ictimai şüurun keyfiyyətini müəyyənləşdirir ki, bu da çox vacib bir məsələdir. İctimai şüur milli maraqların və dövlətçilik maraqlarının qorunması baxımından başlıca intellektual faktorlardan biridir. Ona görə də ölkəmizin informasiya məkanının təhlükəsizliyinin qorunması milli mətbuatımızın fəaliyyəti ilə birbaşa bağlıdır. Bütün bunlar isə mediamızın inkişafını zəruri edir.
Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin artıq ənənə halını alan bu cür birdəfəlik yardımları mətbuatımızın inkişafına böyük töhfədir: “Biz media mənsubları bunu çox yüksək qiymətləndirməliyik. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35

