Azərbaycan XİN Qubadlının işğalının 25-ci ildönümü ilə əlaqədar açıqlama yayıb
01.09.2018 [09:59]
Azərbaycan Respublikasının Qubadlı rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb.
AZƏRTAC-a daxil olan açıqlamada deyilir: 1993-cü il avqustun 31-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Ərazisi 802 kvadratkilometr və 1993-cü il üçün əhalisi 30 minə yaxın olan, 1 şəhər və 93 kənddən ibarət Qubadlı rayonunun işğalı zamanı 192 nəfər soydaşımız şəhid olub, 238 nəfər yaralanıb, 49 nəfər isə girov götürülərək işgəncələrə məruz qalıb. İşğalçılar tərəfindən rayon sakinlərinə qarşı kütləvi etnik təmizləmə həyata keçirilib, dövlət və özəl mülkiyyət obyektləri talan edilib. Onların arasında 7278 fərdi ev və mənzil, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, o cümlədən 3 muzey və 50-dən artıq tarixi abidə var idi. Hal-hazırda Qubadlı rayonunun təqribən 41 minlik əhalisi əsasən Sumqayıt şəhəri olmaqla, Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır.
Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Qubadlı rayonu ərazisində də Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında son tunc - erkən dəmir dövrünə aid Qubadlı şəhərinin qədim hissəsində yaşayış məkanı, Əliquluuşağı kəndindəki iki qala və Muradxanlı kəndindəki qala, Başarat kəndindəki Orta əsrlərə aid Qafqaz alban məbədi, Qayalı kəndinə yaxın Yazı düzündəki XIV əsrə aid qəbiristanlıq və Cavanşir türbəsi, Dəmirçilər kəndindəki XIII-XIV əsrlərə aid iki türbə, müxtəlif kəndlərdə olan çoxlu sayda məscidlər, Qubadlı Tarix muzeyində saxlanılmış 3 min eksponat və sair abidələr dağıntılara və talana məruz qalıb.
Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Qubadlı rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və erməni əsilli şəxslərin məskunlaşmasına yönəldilən cəhdlər kimi qeyri-qanuni əməllərini davam etdirir. Bu baxımdan Tufenkyan Fondu tərəfindən Suriyadan olan ermənilərin Qubadlı rayonunun Xanlıq kəndində yerləşdirilməsi buna bariz misaldır.
BMT Təhlükəsizlik Şurasının Qubadlının işğalından sonra qəbul edilmiş 874 (1993) və 884 (1993) saylı qətnamələrində Azərbaycan Respublikası ərazilərinin işğalı kəskin şəkildə pislənilib və Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub. Hər iki qətnamədə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılması tələb olunub. Lakin Ermənistan bu günədək həmin tələblərə əməl etməkdən yayınır.
Hərçənd ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.
Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55

