Bəhruz Quliyev: Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır
04.09.2018 [08:51]
“Region dövlətləri ilə qarşılıqlı maraqlara söykənən, bir çox sahələri əhatə edən və ölkəmizin inkişafına xidmət edən çoxşaxəli əlaqələrin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasət konsepsiyasının əsas elementlərindəndir. Bu mənada, regionun və bütövlükdə dünyanın böyük dövlətlərindən biri olan Rusiya ilə mehriban, dostluq münasibətlərinin daim inkişaf etdirilməsinə rəsmi Bakı xüsusi diqqət ayırır”. Bunu “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Bəhruz Quliyev bildirib ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır: “Son illərdə iki dövlət arasında siyasi, iqtisadi, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq nəzərəçarpacaq dərəcədə fəallaşıb. Dövlət başçılarının qarşılıqlı səfərləri isə Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls verir. Təbii ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun sıx davam etdirilməsi iki dövlət arasında əlaqələrin inkişafına möhkəm zəmin yaradır. İki dövlətin rəhbərlərinin görüşləri və danışıqları zamanı müəyyən edilən məqsədlər və əməkdaşlıq istiqamətləri müvafiq hökumətlərin, o cümlədən iqtisadi idarəetmə orqanlarının fəaliyyətinin məzmununu təyin edir”.
“Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfəri çərçivəsində Soçidə keçirilmiş görüşlərdə iki ölkə arasında xüsusi əhəmiyyəti ilə seçilən bir sıra müqavilələrin imzalanması da Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni dinamizm verəcək”, - deyən Bəhruz Quliyev əlavə edib ki, əldə edilən razılaşmaların həyata keçirilməsi nəticəsində iki ölkənin əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksələcək.
Xəbər lenti
Hamısına baxAnalitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59

