/ / İlqar Məmmədovun absurd fikirləri onun siyasi savadsızlığını və antimilli kimliyini nümayiş etdirir
İlqar Məmmədovun absurd fikirləri onun siyasi savadsızlığını və antimilli kimliyini nümayiş etdirir
06.09.2018 [09:22]
“Ana müxalifət” lideri olmaq istəyən siyasi diletant gündəmə gəlmək və “fəallıq” görüntüsü yaratmaq üçün müxtəlif manipulyasiyalarla çıxış edir
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm strateji faktorlar kimi çıxış edir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir və pozitiv beynəlxalq imicə malik olan suveren aktor kimi tanınır. Sabitlik adası kimi səciyyələndirilən Azərbaycan beynəlxalq miqyasda baş verən kataklizmlərə baxmayaraq, müstəqil inkişaf yolunda əmin addımlarla irəliləyir. Azərbaycanda mövcud olan sabitliyin əsasında duran başlıca faktor iqtidarın həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Buna paralel olaraq ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında təcəssüm olunur.
Azərbaycanın milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirməsindən və milli mənafelərlə bağlı prinsipial mövqedən çıxış etməsindən narahatlıq keçirən anti-Azərbaycan dairələr isə “beşinci kolon” nümayəndələrindən istifadə etməklə ölkəmizdə sabitliyin pozulmasına və dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmağa nail olmağa çalışırlar. Həmin “beşinci kolon” nümayəndələri anti-Azərbaycan dairələrdən aldıqları direktivlər əsasında hərəkət edərək milli maraqlara zidd mövqedə dururlar. Bu cür antimilli şəxslərdən biri də REAL-ın sədri İlqar Məmmədovdur.
İlqar Məmmədovun kimliyi, “siyasi fəaliyyət”i və mövqeyinin detalları Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Bu şəxs faktiki olaraq “siyasi fəaliyyət”ində şəxsi mənfəətini - ambisiyalarını və anti-Azərbaycan dairələrin korporativ maraqlarını rəhbər tutmaqla öz mövqeyini və kimliyini aşkar şəkildə ortaya qoyub. Bir zamanlar AMİP-də “siyasi karyerasını inşa etməyə” çalışan İlqar Məmmədov daha sonra Soros fondunun agenti libasını geyinib və anti-Azərbaycan dairələrin siyasi sifarişlərini yerinə yetirməklə xalqımız və dövlətimizin mənafeyinə zidd mövqeyini davam etdirib. Törətdiyi cinayət əməlinə görə həbs olunmuş İlqar Məmmədov həbsdə olarkən bəzi beynəlxalq təşkilatların hətta ən kiçik çinli nümayəndələrinin də bu şəxslə bağlı çağırışlar səsləndirməsi onun anti-Azərbaycan dairələrə xidmət etməsini göstərən mühüm faktlardan biridir.
İlqar Məmmədovun bir neçə gün öncə keçirdiyi mətbuat konfransında səsləndirdiyi absurd fikirlər də onun siyasi savadsızlığını və antimilli kimliyini nümayiş etdirir. Belə ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafından ciddi narahatlıq keçirən siyasi diletant İlqar Məmmədov həm də öz iqtisadi savadsızlığını nümayiş etdirərək qeyri-ciddi, ziddiyyətli, qərəzli və reallıqlara uyğun olmayan fikirlər səsləndirib. O, belə manipulyasiyalarla Azərbaycanın möhtəşəm nailiyyətlərinə kölgə salmağa çalışsa da, bu cür cəhdlər uğursuzdur. Çünki reallıqlar aşkardır: ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə mühüm uğurlar əldə olunub. Ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr islahat xarakterli tədbirlər uğurla reallaşdırılıb. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı proqnozlar verən beynəlxalq qurumların qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək və yeni nailiyyətlər əldə olunacaq.
REAL sədrinin Azərbaycanda hüquq sistemi ilə bağlı qərəzli və qeyri-obyektiv fikirləri də onun reallıqlardan uzaq sayıqlamalarını əks etdirir. Azərbaycanın hüquqi dövlət olduğu, ölkəmizdə hər bir şəxsin qanun qarşısında bərabərliyi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edildiyi, ölkəmizin demokratik dəyərlərə sadiq olduğu siyasi diletant İlqar Məmmədova yaxşı bəllidir. Lakin o, milli maraqlardan uzaq mövqe tutduğuna görə bütün bu reallıqları gözardı etməyə - manipulyasiya predmetinə çevirməyə çalışır.
Əslində, İ.Məmmədovun gerçək niyyəti bəllidir. Anti-Azərbaycan dairələrin direktivlərini yerinə yetirən bu şəxs “ana müxalifət” lideri olmaq istəyir. O, “Müsavat” və AXCP-nin cəmiyyətdə heç bir etimada malik olmamasından və ciddi siyasi qüvvə kimi qəbul edilməməsindən istifadə etməklə bu istəyinə çatmaq niyyətindədir. Onun müxtəlif manipulyasiyalarla gündəmə gəlməyə çalışması və reallıqlardan uzaq sayıqlamalarla çıxış etməsi - “fəallıq” görüntüsü yaratmağa çalışması da bu məqsədə xidmət edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20

