/ / Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcək
Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcək
06.09.2018 [09:28]
Ekspertlər hesab edirlər ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri yerli və beynəlxalq medianın diqqət mərkəzindədir. Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında davamlı yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.
Bu mənada, Azərbaycanın xarici siyasət kursunda Rusiya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ekspertlər bu səfərin iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirirlər. Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Soçidə səsləndirilən fikirlər və imzalanan müqavilələr Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. S.Vəliyeva bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır: “2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib ki, hazırda ölkəmizdə təxminən 700 birgə müəssisə fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla fəaliyyət göstərir. Həmçinin iki ölkənin hərbi-texniki əməkdaşlığı inkişaf edir. Elə Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyərinin 5 milyard dolları keçməsi bu sahədəki dinamizmin göstəricisidir”.
Millət vəkili qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycanla Rusiya qlobal əhəmiyyətli layihələrin də həyata keçirilməsində birgə işləyirlər: “Məhz Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək, Cənubi Asiya və Yaxın Şərqdən gələn yüklərin Avropaya daşınmasını xeyli sürətləndirəcək, ümumi uzunluğu 7 min kilometrdən artıq olan beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması haqqında ortaq fikirlər və fəaliyyətlər söylənilənlərin əyani sübutudur. Bu mənada Rusiya və Azərbaycanın birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.
S.Vəliyeva əlavə edib ki, “Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir və iki ölkənin prezidentləri arasındakı müntəzəm əlaqələr dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir”.
“İqtisadi cəhətdən Rusiya bazarı Azərbaycan iqtisadiyyatı üçün böyük və ənənəvi bazardır. Bizim qeyri-neft məhsulları ixracının 35%-ə yaxını və kənd təsərrüfatı məhsulları ixracının 90%-ə yaxını Rusiyayadır. İxrac potensialının artması perspektivi böyükdür və Azərbaycan sahibkarları bundan getdikcə daha çox istifadə edəcəklər. Azərbaycan isə Rusiya üçün digər böyük bazarlara çıxış yolunda mühüm ölkədir”. Bu fikirləri isə Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Şərq iqtisadi münasibətlərində Azərbaycanın yaratdığı infrastruktur imkanları və Azərbaycanın bu ölkələrlə uğurlu siyasi və iqtisadi münasibətləri Rusiya üçün çox cəlbedicidir və mühüm imkandır. Eyni zamanda, Avropa Birliyi bazarlarına hər iki ölkənin qaz ixracı imkanları Rusiyanı Azərbaycanla bu mühüm bazarda əməkdaşlıq etməyə sövq edir. “Bütün bu nüanslar isə Rusiya və Azərbaycan iqtisadi münasibətlərinin bərabərhüquqlu, qarşılıqlı fayda gətirən və inteqrasiya oluna bilən münasibətlər olduğunu deməyə imkan verir. İmzalanan çoxsaylı və çoxsahəli müqavilələr isə hər iki ölkə üçün iqtisadi cəhətdən mühüm perspektivlər vəd edir”, - deyə deputat vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

