Dövlət Komitəsinin sədri Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
27.09.2018 [09:31]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 26-da Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, qonağı ölkəmizə fövqəladə və səlahiyyətli səfir təyin edilməsi münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə malik olduğunu və bu münasibətlərin hazırda da uğurla davam etdiyini vurğulayıb.
Dövlət Komitəsinin sədri daha sonra qonağı ölkəmizdəki dövlət-din münasibətləri, tolerantlıq mühiti və Dövlət Komitəsinin fəaliyyəti barədə məlumatlandırıb. Azərbaycanda müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, dövlət tərəfindən Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə daima xüsusi diqqət göstərildiyini, onların ibadəti üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb. Azərbaycanın dini tolerantlığı ilə seçildiyini vurğulayan DQİDK sədri Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Azərbaycanda onlarla yeni dini ibadətgahın tikildiyini və ya əsaslı təmir olunduğunu söyləyən Mübariz Qurbanlı ölkə ərazisində 2250 məscidin mövcud olduğunu qeyd edib. Əlavə edib ki, Azərbaycanda 2-si gürcü pravoslav xristian dini icması olmaqla 31 qeyri-islam təmayüllü dini icma fəaliyyət göstərir. Bildirib ki, dini icmaların fəaliyyətinin yaxşılaşdırılması, dini maarifçilik işinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən maliyyə yardımı ayrılan icmalar içərisində gürcü pravoslav dini icmaları da yer alır.
Gürcüstanla tarixən yaxın dostluq əlaqələrinə malik olan və dünyada tolerantlıq modeli kimi tanınan Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edən Zurab Pataradze ölkələrimiz arasında bütün sahələrdə, eləcə də din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün dərin səy göstərəcəyini bildirib.
Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşün sonunda Mübariz Qurbanlı səfir Zurab Pataradzeyə diplomatik fəaliyyətində uğurlar arzulayıb, ona Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və erməni vandalizmindən bəhs edən kitabları hədiyyə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38

