Anna Hakopyanın qeyri-səmimi “sülh çağırışı” və ya erməni xisləti yenə özünü göstərdi
09.10.2018 [08:40]
Paşinyanın arvadının rusiyalı qadınları işğal altında olan torpaqlara aparması və bu tədbirlərdə separatçı rejimin rəhbərlərinin iştirakı bir daha Ermənistanın əsl məqsədlərini ortaya çıxarır
Uzun illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan Cənubi Qafqaz regionunda sülhə təhdiddir. İstər BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsində, istərsə də digər beynəlxalq statuslu təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrdə Ermənistanın işğalçı siyasəti pislənir, Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz təmin edilməsi ilkin şərt olaraq irəli sürülür. Amma təcavüzkarlığı, işğalçılıq siyasətini dövlət siyasətinə çevirən Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin sülh yolu ilə tənzimlənməsinə mane olur. Məhz bu cür “status-kvo”nu qorumaq, işğalı uzatmaq üçün Ermənistan rəhbərliyi danışıqlardan yayınır. Hətta bir sıra hallarda cəbhə xəttində təxribatlar törədir, dinc əhaliyə qarşı silah işlədir. Buna baxmayaraq, istər iqtisadi, istərsə də hərbi gücünə görə Ermənistandan dəfələrlə üstün olan Azərbaycan sülh prosesinə sadiqlik nümayiş etdirir, münaqişənin dinc yolla həllinə çalışır.
Yeri gəlmişkən, Ermənistanın yeni rəhbərliyi də verdiyi bəyanatlarla, ortaya qoyduğu mövqe ilə əvvəlkilərdən fərqlənmədiyini, münaqişənin sülh yolu ilə həllinə mane olmaq istədiyini nümayiş etdirməkdədir. Aprel ayında hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyanın səsləndirdiyi bəyanatlar münaqişənin həlli ilə bağlı danışıqların ruhuna və mahiyyətinə uyğun gəlmir. Paradoksal haldır ki, Paşınyanın həyat yoldaşı Anna Hakopyan isə guya regionda “sülh əldə olunması” üçün kampaniya başlatdığını bəyan edib. Daha dəqiq desək o, bu ilin iyulunda Moskvada səfərdə olduğu zaman Qarabağa görə “Qadınlar sülh naminə” kampaniyası başlatdığını bildirib. Paşinyanın arvadı bu bəyanatı müstəsna olaraq qadın və ana sözü kimi qəbul etməyi xahiş edib və qeyd edib ki, onun təşəbbüsünün əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanmasına dəstək olmaqdır. Doğrudur, həmin dövrdə də bir sıra siyasi ekspertlər Anna Hakopyanın bu “çağırış”ının altında erməni bicliyinin dayandığını bildirmişdilər. Belə ki, erməni baş nazirin arvadı Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu məhz Ermənistan silahlı qüvvələrinin işğal etdiyini və bölgədə sülhün təmin edilməsinin yalnız Ermənistan qoşunlarının işğal etdikləri Azərbaycan torpaqlarından çıxacağı halda mümkün olacağını bilsə də, ermənisayağı manevrlərlə guya xalqının sülh istədiyi yönündə görüntü yaratmağa çalışıb. Bu zaman isə nə üçünsə Dağlıq Qarabağdan məhz ermənilərin işğalçılıq siyasəti nəticəsində qovulan bir milyona yaxın insanın hüququ barədə bir kəlmə də danışmayıb.
Lakin çox keçməyib ki, onun “sülh çağırışları”nın məqsədi ortaya çıxıb. Belə ki, o, Rusiyadan olan bir qrup qadınla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qeyri-qanuni səfər edib, orada mitinq formasında tədbir keçirib. Tədbirin effektini daha da gücləndirmək üçün isə qondarma rejimin rəhbəri Bako Saakyan, separatçıların hərbi idarəsinin “komandan” adlandırdıqları rəhbəri Levon Naskanyan da həmin yığıncağa qatılıb. A.Hakopyanın bu “sülhpərvərliyinin” də aqibəti elə “bildirçinin bəyliyi” qədər çəkib. Təbii ki, separatçı rejim rəhbərinin, Ermənistanın Dağlıq Qarabağdakı silahlı qüvvələrinə rəhbərlik edən şəxsin onun tədbirində başda oturması bir daha göstərir ki, Hakopyanın arzusu və istəyi heç də sülhə doğru irəliləmək deyil. Bu şəxs birmənalı olaraq öz həyat yoldaşının uğursuz “piarı” ilə məşğuldur. Bu məqam onun işğal altındakı Azərbaycan torpaqlarında qeyri-səmimi çıxışı zamanı da özünü göstərib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından “sülh” çağırışı edən və bununla da kimisə inandıra biləcəyini sanan Hakopyan Rusiyadan gələn qadınlardan Bakıya gedərək, sülh bəyanatları ilə çağırış etmələrini belə istəyib. Amma bu şəxs unudub ki, Azərbaycanın icazəsi olmadan işğal altındakı torpaqlarımıza gedən, oraları gəzən, separatçı rejimin və ya Ermənistan rəhbərliyinin maraqları üçün istifadə olunan şəxslər ölkəmizə buraxılmırlar. Onlar Azərbaycanda “arzu olunmayan şəxslər” adlanırlar...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39

