Azərbaycan və Koreyanın parlament sədrləri Antalyada görüşüblər
09.10.2018 [08:55]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyənin Antalya şəhərində Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə nümayəndə heyətimizi səmimiyyətlə salamlayan Koreya parlamentinin sədri Mun Hi-sanq Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Cümhuriyyət parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan-Koreya münasibətlərinin 25 illik inkişaf dinamikasını yüksək dəyərləndirən spiker qeyd edib ki, Azərbaycan tarixi İpək yolunun bərpasında və genişlənməsində aparıcı rola malikdir. Ölkələrimiz coğrafi baxımdan uzaq olsalar da, onları oxşar mədəniyyət və dəyərlər birləşdirir.
Təbrikə və səmimi sözlərə görə Koreya Parlamentinin sədri Mun Hi-sanqa təşəkkürünü ifadə edən Milli Məclisin sədri Oqtay Əsədov ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycan və Koreya arasında müştərək komissiyaların fəaliyyəti, birgə biznes forumların təşkili əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün böyük imkanlar yaradır. Azərbaycanın qeyri-neft sektorundakı inkişaf istiqamətləri barədə məlumat verən Milli Məclisin sədri Oqtay Əsədov vurğulayıb ki, ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub nəqliyyat dəhlizi böyük perspektivə malikdir. Azərbaycan və Koreya şirkətləri birgə layihələr həyata keçirirlər. Azərbaycan xarici sərmayələr üçün açıqdır və bunun üçün ölkəmizdə münbit şərait yaradılıb.
Görüşdə, həmçinin Azərbaycan-Koreya əlaqələrinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən Koreya yarımadasındakı mövcud siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37

