/ / Hikmət Babaoğlu: Fransa terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır
Hikmət Babaoğlu: Fransa terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır
17.11.2018 [10:33]
Fransa Bako Saakyanın qeyri-qanuni səfərinə göz yummaqla ikili standartlara yol verir, terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın Fransaya səfəri həmin ölkənin qanunlarına və beynəlxalq hüquqa ziddir. Beynəlxalq hüquqda da, hər bir ölkənin milli qanunvericiliyində də bir terrorçunun sərbəst hərəkət etməsi, üstəlik rəsmi şəxs kimi görüşlər keçirməsi cinayət və terrorizmin təbliği kimi qiymətləndirilir. Ona görə də rəsmi Paris Bako Saakyanın bu hərəkətlərinə göz yummaqla ikili standartlara yol verir, bununla da gələcəkdə elə Fransanın özünün də əziyyət çəkə biləcəyi etnik separatizmə təşviq etmiş olur.
Hikmət Babaoğlu vurğulayıb ki, Fransa hökuməti Korsikada separatçılığa qarşı kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. O zaman gələcəkdə Korsikadakı separatizm kimlərsə tərəfindən dəstəklənəcəksə, Fransa günahı elə özünün yanlış siyasətində görməlidir. Ümumiyyətlə, təəssüf edilməli haldır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bu ölkə artıq xeyli zamandır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində tərəfsizliyini itirib. Fransa Prezidenti Emmanuel Makron Frankofoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üçgünlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana gəlmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Ancaq Fransa nəinki obyektiv və balanslı siyasət həyata keçirir, tam əksinə, çox açıq şəkildə postsovet məkanındakı münaqişələrə münasibətdə ikili standartlara yol verir. Məsələn, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Ancaq Bako Saakyan kimi terrorçu bu Avropa ölkəsində sərbəst şəkildə görüşlər keçirir, ianələr toplayır. Bu, yolverilməzdir. Bütün bunlar azmış kimi, Fransanın bəzi şəhərləri Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarındakı bir sıra subyektlərlə qardaşlaşma haqqında saziş imzalayır. Azərbaycan tərəfinin beynəlxalq hüquqa söykənən etirazlarına isə sadəcə olaraq, “Dağlıq Qarabağ adlı bir qurumu rəsmən tanımırıq” kimi quru diplomatik ifadələrlə cavab verilir. Əslində bütün bu hərəkətlər Fransanın Ermənistanın işğalçılıq siyasətini və etnik separatizmi pərdəarxası dəstəkləməsi kimi qiymətləndirilməlidir.
Deputat qeyd edib ki, tərəfsizliyini itirdiyinə görə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır. Lazım gələrsə, ikitərəfli münasibətlərlə bağlı digər məsələlər də nəzərdən keçirilməlidir. Əks təqdirdə, bu cür gizli dəstəklər gələcəkdə də açıq müstəviyə keçməklə olduqca mənfi presedent yarada bilər. Bu da nəinki Azərbaycanda, İspaniyada, Belçikada, İsveçrədə, Almaniyada və digər Avropa ölkələrində etnik separatçılığın yenidən güclənməsinə gətirib çıxara bilər. Bu isə bütün dünyada yeni çaxnaşmanın yaranması deməkdir. Bu səbəbdən Avropa İttifaqına üzv olan dövlətlər də daxil olmaqla, beynəlxalq təşkilatlar Fransanın belə qərəzli mövqeyinə qiymət verməlidirlər. Fransa unutmamalıdır ki, həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı ilə tərəfdaşlıq memorandumu çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət etməyə borcludur.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

