Misir və Livan mətbuatı Ulu öndər Heydər Əliyev haqqında silsilə məqalələr yayıb
11.12.2018 [09:51]
Misirin və Livanın aparıcı mətbuat orqanları Ulu öndər Heydər Əliyev haqqında silsilə məqalələr yayıb.
AZƏRTAC xəbər verir ki, Misirin yarım milyon tirajla çıxan gündəlik “Əl-Əhram” qəzeti, eləcə də nüfuzlu “El-Vatan”, “Al-Masry Al-Youm” qəzetləri, həmçinin Livanın “Ən-Nəhar”, “Al3arabia.net”, “Lebanesenews”, “Alseyasa.com”, “Cedarnews.net”, “Araznews” və digər xəbər saytları tərəfindən yayılan məqalələrdə Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Onun zəngin və çoxşaxəli fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən ətraflı bəhs edilir.
Məqalələrdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçdiyi bildirilir.
Qeyd edilir ki, bu böyük insan Azərbaycana onilliklər boyu rəhbərlik edib, xalqın xatirəsində tarixi lider və ölməz şəxsiyyət kimi yaşayır. Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək birliyə, sabitliyə nail olub, onu yoxsulluq səviyyəsindən, gerilikdən qurtararaq həyatın bütün sahələrində tərəqqiyə, çiçəklənməyə aparıb. Məhz buna görə də O, ölməz tarixi lider və müasir Azərbaycanın memarı kimi yaddaşlara həkk olub. O, milli birlik üçün sabitlik yaradıb, Azərbaycan xalqının həyatının çətin anlarında vətəndaş müharibəsinin baş verməsinin qarşısını alıb. Bu böyük liderin həyat və fəaliyyətindən yazmaq üçün bir ensiklopediya lazımdır. Onun tərcümeyi-halının hər bir məqamı milli irsdir, Azərbaycan xalqının fəxr mənbəyidir. Heydər Əliyev Azərbaycanın müasir tarixini yaradıb.
Yazılarda Heydər Əliyevin 1923-cü il mayın 10-da Azərbaycanın qədim diyarı olan Naxçıvanda dünyaya göz açdığı qeyd edilir. Naxçıvanın Azərbaycan tarixində, elmində, mədəniyyətində dərin izlər qoymuş ədiblərin, mütəfəkkirlərin vətəni olduğu diqqətə çatdırılır. Ulu öndərin gənclik illəri, tutduğu yüksək vəzifələr, hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə respublikanın inkişafı üçün gördüyü mühüm işlər haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Heydər Əliyev gənclərə hər zaman diqqət və qayğı ilə yanaşırdı. O, hesab edirdi ki, gənclər Azərbaycanın gələcəyidir. Ona görə də Heydər Əliyevin prioritetlərindən biri məhz gənclər üçün təhsil imkanlarının təmin edilməsi idi. Bu gün həmin gənclər ölkənin inkişafına xüsusi töhfələr verirlər.
1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunduğu qeyd edilən məqalələrdə bunun Ulu öndərin siyasi karyerasında yeni mərhələ olduğu diqqətə çatdırılır. Vurğulanır ki, Heydər Əliyevin Siyasi Büroya üzv seçilmiş ilk azərbaycanlı olması da Azərbaycan xalqının tarixində mühüm hadisə idi.
Yazılarda 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında siyasi hakimiyyətə qayıdışından sonra ölkədə gedən sürətli inkişaf prosesləri, həyata keçirilən islahatlar barədə məlumatlar ətraflı şəkildə oxucuların diqqətinə çatdırılır. Bildirilir ki, Prezident Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin müstəqilliyinin möhkəmlənməsi, inkişafı yolunda çalışıb. Təsadüfi deyil ki, Onun hakimiyyəti illəri, haqlı olaraq, Azərbaycanın müasir dövlət quruculuğu yolunda köklü dəyişikliklər və inkişaf mərhələsi sayılır. Həmin illərdə daxili və xarici siyasətdə böyük dəyişikliklər baş verdi. Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə müasir tarixinin yeni mərhələsinə daxil oldu, dünya birliyində fəal dövlətə çevrildi, beynəlxalq ictimaiyyətin nəzəri Xəzər dənizi hövzəsində yerləşən Qafqaz regionundakı bu ölkəyə yönəlməyə başladı.
Məqalələrdə vurğulanır ki, Ümummilli lider Heydər Əliyevin vəfatından 15 il keçsə də O, özünün böyük xidmətləri ilə Azərbaycan xalqının yaddaşında qalır. Azərbaycan xalqının Ulu öndərin vəfatının ildönümlərini qeyd etməsi Onun xatirəsinə ehtiramdan irəli gəlir.
Qeyd edilir ki, bu gün Azərbaycan Heydər Əliyevin irsinə əsaslanaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən ölkədir. Azərbaycan iqtisadiyyatı çox böyük inkişaf göstəriciləri əldə edib. Prezident İlham Əliyevin davamlı demokratik və iqtisadi islahatları, Onun müdrik rəhbərliyi, fəal xarici siyasəti Azərbaycanı regional müstəvidə öncül dövlətə və beynəlxalq münasibətlərdə etimad edilən inamlı tərəfdaşa çevirib. Azərbaycan bütün regional məsələlərdə aparıcı rol oynayır, inkişafın bəhrələrini tərəfdaşlıq və əməkdaşlıq əsasında region dövlətləri ilə bölüşür.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

