Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
19.12.2018 [09:55]
Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən olan konsertin tamaşaçıları arasında Çin Xalq Respublikasının (ÇXR) rəsmiləri, o cümlədən Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, Pekin xalq hökumətinin, digər dövlət qurumlarının məsul işçiləri olublar.
Konsertdən əvvəl çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Çinin dost və tərəfdaş ölkələr olduğunu qeyd edərək, xalqlarımız arasında əlaqələrin tarixi İpək Yolu dövründən başladığını deyib. Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvi hələ XII əsrdə Azərbaycan-Çin dostluğunu “Yeddi gözəl” poemasında vəsf etdiyi Çin gözəli obrazı ilə təsvir edib. Belə bir möhkəm özül üzərində qurulmuş Azərbaycan-Çin dostluğunun və əməkdaşlığının indiki mənzərəsi daha zəngin və rəngarəngdir.
Baş nazirin müavini Azərbaycanın sürətlə inkişaf edən və dünyada özünəməxsus yeri ilə seçilən Çinlə əlaqələrə xüsusi önəm verdiyini, əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev və ÇXR Sədri Si Cinpin arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan siyasi dialoq ikitərəfli əlaqələrimizi inkişaf etdirmək üçün geniş imkanlar yaradır.
Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü xüsusi vurğulayan Ə.Əhmədov deyib ki, ölkəmizin ilk gündən dəstəklədiyi, dövlətlər və xalqlar arasında iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsini özündə ehtiva edən bu vacib təşəbbüs Azərbaycanı və Çini daha da yaxınlaşdırıb. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəsi ilə “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına öz töhfəsini verən Azərbaycan iqtisadi iş birliyi ilə yanaşı, Çinlə humanitar sahədə də müxtəlif layihələr həyata keçirməkdə maraqlıdır.
Baş nazirin müavini Azərbaycan-Çin humanitar əlaqələrinin genişləndirilməsində və müxtəlif mədəni layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəal rolundan söz açıb. Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini dünyada layiqincə təbliğ edən Heydər Əliyev Fondunun Çində reallaşdırdığı tədbirlər xalqlarımızın bir-birinin mədəni sərvətləri ilə daha yaxından tanış olmalarına imkan yaradacaq.
Qədim İpək Yolunun ölkələrimiz arasında dostluq əlaqələrinin təməlini qoyduğunu qeyd edən Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Şao Xon zəngin mədəniyyətə malik xalqlarımızın uzaq məsafədə yaşamasına baxmayaraq, bu yol vasitəsilə bir-birini tanımağa başladığını söyləyib. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 26 il ərzində qarşılıqlı anlaşma və etimad durmadan dərinləşib, müxtəlif sahələrdə dostluğa əsaslanan əməkdaşlıq inkişaf edib.
Azərbaycanın “Bir kəmər, bir yol” strategiyası üzərində yerləşən vacib bir ölkə olduğunu diqqətə çatdıran Şao Xon ötən müddətdə Azərbaycanın bu təşəbbüsün həyata keçməsində fəal iştirak etdiyini deyib.
“İnsanlar arasındakı dostluq ölkələr arasındakı dostluğun əsasını təşkil edir” fikrini vurğulayan Çin rəsmisi “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafı ilə birgə xalqlarımız arasındakı təmasların da gündən-günə çoxaldığını, hər iki tərəfdən müxtəlif sahələrdə əməkdaşlığın daha fəallaşdığını bildirib.
Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Azərbaycan musiqilərinin dünyada çox məşhur olduğunu diqqətə çatdırıb. O, dostluq konsertinin Çin xalqının Azərbaycanın milli mədəniyyətini daha yaxından tanıması üçün gözəl bir imkan olduğunu deyib. “Musiqi bəşəriyyətin ümumi dilidir. Ümid edirəm ki, bu konsert Azərbaycanın qədim mədəniyyətinin sədasını bizə çatdıracaq, iki xalq arasındakı dostluq və sevgi körpüsünü daha da möhkəm edəcək”, - deyə o əlavə edib.
Sonra səhnə Azərbaycan incəsənət ustalarının ixtiyarına verilib. Pekinin ən böyük konsert sarayı olan İfaçılıq Sənəti Milli Mərkəzində təşkil olunan konsertdə Fuad İbrahimovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Xalq artistləri Murad Hüseynov, Samir Cəfərov, Ənvər Sadıqov, Əməkdar artist Sahib Paşazadə, digər tanınmış incəsənət ustalarının ifasında Üzeyir Hacıbəylinin (“Arazbarı”, “Sevgili canan”), Fikrət Əmirovun (“Sevil” operasından Balaşın ariyası, “Azərbaycan elləri”, “Məhəbbət rəqsi”), Qara Qarayevin (“İldırımlı yollarla” baletindən parça), Niyazinin (“Arzu”), Cahangir Cahangirovun (“Qarabağ”, “Ay qız”), Aqşin Əlizadənin (“Cəngi”), Tofiq Quliyevin (“Bakı haqqında mahnı”, “Qaytağı”, film musiqilərindən poppuri), Həsən Rzayevin (“Çahargah” rapsodiyası), Faiq Sücəddinovun (“Qaytağı”), Müslüm Maqomayevin (“Azərbaycan”) əsərləri, xalq mahnıları, habelə Avropa bəstəkarlarının əsərləri ifa olunub. Tamaşaçılar Azərbaycan incəsənət ustalarının ifasını sürəkli alqışlarla qarşılayıblar. Çin ənənəvi musiqi parçalarının tarda, habelə aşıq ifasında təqdimatı isə salona toplaşanlar üçün əsl sürpriz olub.
Qeyd edək ki, konsert Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində baş tutub. Ötən ilin noyabrında Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında dostluq və əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu ilin avqustunda isə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşüb.
Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Pekinə səfəri çərçivəsində Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Şao Xon və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilə görüşərək iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun daxil olduğu nümayəndə heyəti Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının muzeyi ilə də tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

