"Gələcəyə sağlam addımlarla" layihəsinin icrasına başlanılıb
03.11.2009 [09:06]
“Bizim Gənclik” İctimai Birliyi Gənclər və İdman Nazirliyi tərəfindən qrant şəklində qismən maliyyələşən “Gələcəyə sağlam addımlarla” layihəsinin icrasına başlayıb. Layihənin həyata keçirilməsində əsas məqsəd bütün bəşəriyyəti narahat edən narkomaniyanın cəmiyyətdə, xüsusən, gənclər arasında yayılmasının qarşısını almaq üçün aparılan maarifləndirmə, təbliğat işlərini gücləndirməkdən ibarətdir. Layihənin icrası zamanı gənclərin bu sahədə maariflənməsi onlar arasında narkomaniya və narkomaniyanı yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq, bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin sağlam cəmiyyətdə yetişmələri üçün həlledici rol oynayacaq.
İcra olunacaq layihənin əsasən, iki istiqamətdə olmaqla 3 ay müddətində həyata keçirilməsi nəzərdə tutulub. Birinci istiqamət üzrə ölkəmizdə fəaliyyət göstərən 5 ali təhsil ocağının (Bakı Dövlət Universiteti, Prezident Yanında İdarəçilik Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Beynəlxalq Universiteti, Qafqaz Universiteti) hər birində 3 gün olmaqla, təxminən 30 gənci əhatə edəcək seminarlar təşkil olunacaq. Bu məqsədlə İşçi qrupu tərəfindən bir sıra təşkilati işlər görülüb. Seminarlarda narkomaniya əleyhinə istifadə olunacaq maarifləndirmə, təbliğat xarakterli metodoloji vəsaitlərin (posterlər, banerlər, bukletlər, qovluqlar və s.) hazırlanması prosesinə başlanılıb. Seminarlardan sonra qeyd olunan ali təhsil ocaqlarında aktiv gənclərin təmsil olunduğu 3 nəfərdən ibarət koordinasiya qrupları formalaşdırılacaq.
İkinci istiqamət üzrə narkomaniyanın yayılmasının qarşısının alınmasında mətbuatın rolunu qabartmaqla həyata keçirilən maarifləndirmə və təbliğat işlərində onun gücündən istifadə etmək, habelə mətbuatın problemə qarşı məsuliyyətinin artması üçün mətbuat nümayəndələri, mütəxəssislər və tanınmış ziyalıların iştirakı ilə “Narkomaniyaya qarşı mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçiriləcək. Bundan sonra əhalinin maariflənməsi üçün metrolarda kütləvi aksiyalar həyata keçiriləcək.
Layihənin icrası zamanı “Bizim Gənclik” İctimai Birliyi tərəfindən keçirilən bütün bu tədbirlərdə Avropa İttifaqı və BMT İnkişaf Proqramının “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” Regional Yardım Proqramının ölkə üzrə koordinatoru Məzahir Əfəndiyevin, habelə, aidiyyatı dövlət qurumlarını təmsil edən səlahiyyətli şəxslərin iştirakları razılaşdırılıb.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45

