Yanan yataqxanadakı 18 məcburi köçkün ailəsi müvəqqəti mənzillərdə yerləşdirilib
04.01.2019 [10:35]
Yanvarın 3-də gecə Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın nəticəsində 18 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Baş nazirin müavini Əli Əhmədov, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Rafiq Quluyev, komitənin və icra hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olub, yaranmış problemin həlli üçün birlikdə müvafiq tədbirlər görüblər.
Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb. 17-si Füzuli, biri Laçın rayonundan olmaqla, 18 məcburi köçkün ailəsi artıq müvəqqəti mənzillərdə yerləşdirilib. Həmin ailələr dövlət tərəfindən mənzillə təmin edilənə qədər orada yaşayacaqlar.
Hazırda FHN-in mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.
Xatırladaq ki, yanvarın 3-də Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı, ümumi sahəsi 1020 kvadratmetr olan ikimərtəbəli, 11 otaq və klubdan ibarət yataqxana binasının (1933-cü ildə inşa olunub) dam örtüyünün (taxta atmalar) yanar konstruksiyaları 500 kvadratmetr sahədə və klubun yanar konstruksiyaları 190 kvadratmetr sahədə (ümumi 690 kv.m) yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

