Radikal ünsürlərin Mehman Hüseynov şousu iflasa uğradı
11.01.2019 [09:43]
Müxalifət adı altında dağıdıcılıqla məşğul olan antimilli ünsürlər yalanları ilə yenə də özlərini ifşa etdilər
Son dövrlərdə radikal antimilli ünsürlərin Mehman Hüseynovla bağlı yaratdıqları şou heç bir effekt vermədi. Xatırladaq ki, 2017-ci il martın 3-də həbs olunan Mehman Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.
Məhz bundan sonra bir sıra xarici antimilli mərkəzlərin və onların Azərbaycandakı uzantıları olan radikal müxalifət təmsilçilərinin səyi ilə guya Mehman Hüseynovun aclıq aksiyası keçirdiyi, səhhətinin pis olması ilə bağlı xəbərlər yayılmağa başladı. Bunun ardınca Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayaraq bildirdi ki, Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapır. Eləcə də bir sıra hüquq müdafiə təşkilatlarının nümayəndələri həbsxanaya gedərək Mehman Hüseynovla görüşüblər. Hüquq müdafiəçiləri də M.Hüseynovun qidalandığını, onun aclıq aksiyası keçirmədiyini və səhhətinin normal olduğunu bildirdilər.
Beləliklə, bu məsələdə əsl “canfəşanlıq” göstərən radikal müxalifət nümayəndələri bir daha öz simasızlığını, xarici antimilli qüvvələrin sifarişlərini yerinə yetirdiklərini sübuta yetirmiş oldular. 25 ildir müxalifət adı altında radikal və destruktiv fəaliyyət göstərən bu antimilli qruplar bir daha öz iş metodlarını dəyişə, yeniləşə bilmədiklərini, Azərbaycanın milli maraqlarına, dövlətə və xalqa qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə etməyə qadir olduqlarını ortaya qoydular.
Vurğulamaq lazımdır ki, özünü “ana müxalifət” kimi təqdim edən AXCP-nin sədri Əli Kərimli, qondarma “Milli şura”da təmsil olunan Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu və digərlərinin davranışlarının təhlili göstərir ki, bu adamlar yalnız fürsətdən istifadə edərək pul qazanmaqdan başqa heç nə düşünmürlər. Çünki özünü sosial şəbəkələrdə “qəhrəman” kimi qələmə verib Məhsul stadionuna maksimum 1000-2000 adam toplayan belələrinin gücü fərqli dairələrin sifarişi və maddi dəstəyi ilə dövləti və xalqı təhqir etməyə çatır. Sosial dəstəyi, elektoratı olmayan belələri yalan təbliğatla, süni ajiotajla özlərini gündəmə gətirməyə, xarici antimilli mərkəzlərə varlıqlarını sübut etməyə çalışırlar. Natamamlıq sindromundan əziyyət çəkən Əli Kərimli, Cəmil Həsənli kimilər oyun qaydalarını qəbul edə bilmir, özündən çox güclü rəqiblə bacara, iddialarını reallaşdıra bilmədiklərinə görə əziyyət çəkir, lakin yenə də 10 milyonluq xalq “məhz mən deyən kimi yaşamalıdır” fantaziyasından əl çəkmirlər. Bu, artıq AXCP sədrində və onun ətrafındakı üç-beş nəfərdə ciddi psixoloji problemlərin olduğunu aydın göstərir. Bütün fəaliyyətini sosial şəbəkələrə keçirən və feyk profillər vasitəsilə ictimai rəyi formalaşdırmağa çalışan qaragüruh hesab edir ki, istənilən cəmiyyətdə baş verə biləcək ən adi hadisəni faciə səviyyəsinə çatdırmaqla hakimiyyəti ictimai qınaq hədəfinə çevirə bilər. Hətta cinayət törədərək haqlı cəzasını almış bir şəxslə bağlı yalan məlumatlar əsasında kampaniya təşkil etmək, bu hadisəni az qala dövlət əhəmiyyətli məsələyə çevirmək cəhdi bu insanların nə qədər qeyri-ciddi olduğunu və cəmiyyətə hörmətsiz yanaşdıqlarını göstərir.
Birmənalı şəkildə vurğulanmalıdır ki, bu gün Azərbaycan iqtidarı güclü, dünyada böyük nüfuza malik, öz milli maraqlarını müdafiə etməyi bacaran dövlət quruculuğunu başlıca vəzifə hesab edir və bu istiqamətdə ardıcıl və prinsipial siyasət həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmizdə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin edilir. Radikal ünsürlər və onların xarici havadarları isə ölkəmizin bu inkişafından narahat olduqları üçün yalan və böhtan kampaniyaları aparmağa, ayrı-ayrı anti-Azərbaycan dairələrin təsiri altında ölkəni geriyə sürükləməyə çalışırlar. Təbii ki, onların bu niyyətləri puç olur və Azərbaycan cəmiyyəti hər zaman olduğu kimi, bu dəfə də onların davranışlarına adekvat reaksiya nümayiş etdirir. Xəyanətkarlara verilən ən yaxşı cavab isə məhz xalqın onlara etimad göstərməməsidir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

