Radikal müxalifət xalq tərəfindən dəstəklənmir
26.01.2019 [10:44]
AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət “post”unu zəbt etmiş şəxslərin yanvarın 19-da keçirilən mitinqdəki çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər
Hər zaman sabit inkişafı ilə fərqlənən Azərbaycan yerləşdiyi Cənubi Qafqaz regionunun lider ölkəsi kimi bütün sahələrdə uğurlar əldə edib. Eyni zamanda, demokratik ənənələrə sadiqlik, vətəndaş birliyinin gücləndirilməsi istiqamətində atılan addımlar, sosial rifahın yaxşılaşdırılması üçün görülən tədbirlər ölkədə xalq-hakimiyyət birliyinin əsas vəhdəti kimi çıxış edir.
Lakin təəssüflə vurğulamaq yerinə düşər ki, ölkədə yaradılan bu münbit şəraitdən, demokratik ab-havadan bəziləri sui-istifadə etməyə çalışır. Ümumiyyətlə, radikal müxalifət düşərgəsində təmsil olunan dağıdıcı ünsürlərin zaman-zaman xarici anti-azərbaycançı mərkəzlərin direktivləri əsasında ölkəmizdəki sabitliyə xələl gətirməyə çalışması faktdır. Digər tərəfdən atdıqları addımlar hər zaman fiasko ilə nəticələnən və sonda simaları bir daha ifşa olunan radikal ünsürlərin antimilli mərkəzlərlə sistemli şəkildə qurmağa çalışdıqları kampaniya və oyunlar onların özlərinin acı məğlubiyyəti ilə başa çatır.
Radikal ünsürlər cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif etmək iqtidarında deyillər
Elə radikalların yanvarın 19-da Bakıda “Məhsul” stadionunda keçirdikləri mitinq də bu ünsürlərin “güclərini” bir daha həm özlərinə, həm xalqa, həm də onları maddi cəhətdən dəstəkləyən xarici antimilli mərkəzlərə göstərmiş oldu. Daha doğrusu, bu mitinq radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatların cəmiyyət tərəfindən dəstəklənmədiyini növbəti dəfə təsdiqlədi. Həmin mitinqdə iştirak edən radikal düşərgə partiyalarının rəhbərlərinin və funksionerlərinin çıxışları isə daha bir həqiqəti üzə çıxardı: radikal ünsürlər cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif etmək iqtidarında deyillər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. Zehniyyəti dəyişməyən, hələ də yeni siyasi innovasiyaları mənimsəmək qabiliyyətində olmayan belələri anlamırlar ki, cəmiyyət onlardan fərqli olaraq çox inkişaf edib.
Dağıdıcıların mitinqi xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqət çəkdi
Yeri gəlmişkən radikalların “birləşmiş qüvvələri” “Məhsul mitinqi”ni internet resurslarında az qala şəksiz qələbə kimi təqdim etməyə çalışsalar da, fakt faktlığında qalır. Sosial şəbəkələrdə “on minlərlə tərəfdardan” dəm vuran, mitinqin keçirildiyi ərazini “kiçik” sayan Ə.Kərimlinin dəstəsinin üzvləri nəticədə fərqli mənzərə ilə üz-üzə qalmış oldular. Belə ki, “Məhsul” stadionunda bütün radikal müxalifət partiyalarının, onların ətrafında olan müxtəlif təşkilatların birgə keçirdiyi mitinqdə az adamın iştirak etməsi bir daha vətəndaşların dağıdıcı qrupların çağırışlarına biganə qaldığını, bu qrupların heç bir sosial dayağının olmadığını açıq nümayiş etdirdi. Yəni Azərbaycan xalqı bu dəfə də xəyanətkar radikal düşərgənin çağırışlarını etinasızlıqla qarşıladı və ölkəmizin inkişafını istəməyən, ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirən azsaylı kəsimə münasibətini ortaya qoydu.
Digər tərəfdən, öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkən mitinqdə heç radikalların özlərinin təmsilçilərinin əksəriyyəti belə iştirak etmədi. O cümlədən aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı. Bu isə onu deməyə əsas verir ki, Əli Kərimli və ətrafındakı antimilli şəbəkənin tələm-tələsik “pul mitinqi” keçirməsi yalnız korporativ maraqlara əsaslanıb. Və sosial şəbəkələrdə iddia olunduğu kimi, bu “müxalifətin mitinqi” deyil, Əli Kərimlinin “gəlir mitinqi”dir.
Son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir idi
Qeyd edilən amil özünü mitinqin gedişində də sübut edirdi. İlk olaraq vurğulanmalıdır ki, bu aksiyanın keçirilməsi heç də sosial sifariş deyildi. Xalqın adından danışmağa adət etmiş Əli Kərimlinin sifarişinin haradan gəlməsi isə aydın idi. Xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan ünsürlər mitinqə çağırış edirdilər və beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir idi. Bu baxımdan, adıgedən mitinq də radikalların əvvəlki “şou-proqram”larından fərqlənmirdi. Belə ki, AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət düşərgəsini zəbt etmiş şəxslərin yanvarın 19-da keçirilən mitinqdəki çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər. Radikal müxalifət başçıları öz iddialarını reallaşdırmaq üçün isə Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə hazırdırlar.
Əli Kərimli kimi xəyanətkar, simasız şəxslərin özünü müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməzdir
Onu da qeyd etmək yerinə düşər ki, yanvarın 19-da acınacaqlı duruma düşən, daha doğrusu, “oxu daşa dəymiş” radikallar öz çirkin əməllərini yanvarın 20-də davam etdirmək istədilər. Belə ki, ümumxalq hüzn günündə - 20 Yanvar şəhidlərinin ziyarəti adı altında Şəhidlər xiyabanında radikal müxalifətin və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha onların əsl simasını ortaya çıxardı. Normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində olmayan bu insanların hələ də 1990-cı illərin qaragüruhçuluq ab-havası ilə yaşadıqları bir daha sübut olundu. Xalqın mənəvi dəyərlərini belə ayaqlar altına atmaqdan çəkinməyən, 20 Yanvar gününü özünün təbliğat çarxına çevirməyə çalışan Əli Kərimli kimi marginallaşmış, xəyanətkar, simasız şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özünü müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməzdir. Bu həmçinin, müxalifət, digər müxalif partiyaların rəhbərləri üçün də aşağılayıcı faktordur. Bu məqam öz növbəsində ortaya bir sıra suallar çıxarır. Görəsən, Əli Kərimlinin mitinqdə bəyan etdiyi liderlik iddialarına digər müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin münasibəti necədir? Axı ötən dövr ərzində hətta radikal düşərgədə təmsil olunan partiya rəhbərləri belə Əli Kərimlinin xəyanətləri, fürsətcilliyi və siyasi tamahkarlığı haqqında kifayət qədər danışıblar. İndi özünü “radikalların öndə gedəni” kimi qələmə verməyə çalışan bu şəxsin cavabı öz düşərgəsindən verilməyəcəkmi?
Eyni zamanda, cəmiyyət - ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, gənc nəsil bu reallıqları bilməli, unutmamalı və dağıdıcı qrupların iddialarına lazımi reaksiya verməlidir. Çünki radikal düşərgə təmsilçilərinin bu xalqa, dövlətə qarşı apardıqları təxribatxarakterli kampaniyalar saymaqla bitməz. İllər keçdikcə öz gücsüzlüyünü, zəifliyini anlayan, ən əsası isə zamanla ayaqlaşa bilməyən radikal müxalifət daha da azğınlaşır. Görünür ki, Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar.
Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olması ərəfəsində güclü mövqedən çıxış edən Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışan bu qrupların məqsədi bəllidir
Qeyd edildiyi kimi, radikal ünsürlərin ermənipərəst mərkəzlərlə sinxron fəaliyyətdə olması, eyni ünvanlardan sifariş və yardım aldıqları məlumdur. Maraqlıdır ki, ölkəmizdə hər hansı mühüm bir tədbirin keçirilməsi öncəsi və ya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir irəliləyiş, yaxud intensivlik hiss olunan anda Əli Kərimli və “bandası”nın “mitinq eşqi” qabarır. Beləliklə də bu siyasi simasızlar ölkədə qeyri-sabitlik fonu yaratmağa çalışır, yalan şüarlarla ölkəmizə qarşı yeni təxribatlar törətməyə cəhd göstərirlər. Görəsən indi, Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olması ərəfəsində güclü mövqedən çıxış edən Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışan bu qrupların məqsədi nədir? Vurğuladığımız kimi, onlar ermənipərəst, antimilli mərkəzlərdən tapşırıqlar alır və canla-başla onu icra edirlər.
Dağıdıcı qrupların təxribatla müşahidə olunan aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır
Bütün bunlar isə onu deməyə əsas verir ki, yanvarın 19-da və 20-də baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verilməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır. Ehtimal etmək olar ki, Əli Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə versin. Sual oluna bilər, hakimiyyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və əzələ nümayiş etdirə bilərlər.
Özlərini “milli təəssübkeş”, “demokratiya carçıları” kimi qələmə verənlər gənc nəsli çaşdırmağa çalışırlar
Sonda bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan söz və insan hüquqlarının ən yüksək səviyyədə qorunduğu ölkələrdəndir. Amma bu fakt Əli Kərimli və digər marginalların bu azadlıqlardan sui-istifadə edərək öz məqsədlərini həyata keçirməsinə vasitə olmamalıdır. Qeyd edilməlidir ki, 1992-93-cü illərdə hakimiyyətdə olduqları dövrdə AXC-Müsavat cütlüyü nəinki fundamental, hətta primitiv azadlıqların təmininə belə imkan vermirdi, ölkədə fərqli fikir söyləyənlərə qarşı repressiya həyata keçirirdi. Ölkənin hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslər KİV nümayəndələrinə, müxalifət partiyalarının təmsilçilərinə qarşı qeyri-insani rəftarı ilə açıq şəkildə fəxr edirdilər. Sonradan bunu dansalar da, insanları maşınların yük yerində bağlamaq kimi vəhşi addımları onların hansı “səviyyə”yə malik olduqlarının əsas göstəricisi sayılmalıdır. Bu gün özlərini “milli təəssübkeş”, “demokratiya carçıları” kimi qələmə verənlər gənc nəsli çaşdırmağa çalışır, vaxtilə törətdikləri əməllərin unudulduğunu zənn edirlər. Cəmiyyət isə belə məsələləri unutmamalı, gənc nəslə xarici güclərin dəstəyi ilə hakimiyyət iddiasını reallaşdırmaq istəyənlərin keçmişi haqqında həqiqətləri anlatmalıdır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34

