/ / “Freedom House” qeyri-obyektiv və qeyri-müəyyən metodologiya ilə qiymətləndirmə aparan çirkin qurumdur
“Freedom House” qeyri-obyektiv və qeyri-müəyyən metodologiya ilə qiymətləndirmə aparan çirkin qurumdur
08.02.2019 [10:07]
Azərbaycan inkişaf etdikcə, dünya birliyindəki mövqelərini gücləndirdikcə uğurlarımızı gözü götürməyənlər ortaya çıxır və hər fürsətdə ölkəmizi gözdən salmağa çalışır, reallıqları təhrif edirlər. Bu cür məkrli əməllərin hansı mənbədən qaynaqlandığı məlumdur: erməni lobbisi və bütövlükdə antiazərbaycançı şəbəkə uzun müddətdir ölkəmizə qarşı “qara piar” aparmaqla məşğuldurlar. ABŞ-dakı “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının 2019-cu il hesabatında Azərbaycanı guya Cənubi Qafqazda “yeganə azad olmayan” ölkə kimi qiymətləndirməsi gülünc olmaqla yanaşı, bu təşkilatın qeyri-obyektiv və qeyri-məlum metodologiya ilə qiymətləndirmə aparan çirkin qurum olmasının bir sübutudur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov söyləyib. O deyib: “Görəsən “azad olmayan” ölkəni müəyyənləşdirmək üçün meyarları kim və hansı beynəlxalq təşkilat kəşf edib? Ümumiyyətlə, belə təşkilatları kimlər yaradıb maliyyələşdirir və nə üçün? Onlara müstəqil dövlətin daxili işinə müdaxilə etmək səlahiyyətini kim verib?”.
Yeni Azərbaycan Partiyasının sədr müavini qeyd edib ki, bəzi ölkələrdə vətəndaşlar dövlətinin siyasətinə etiraz olaraq küçələrdə qarşılarına çıxan hər şeyi dağıdanda, maşınları yandıranda, mağazaları talan edəndə, insanların istirahətinə xələl gətirəndə bu, “azad ölkə” kimi qələmə verilir. Məsələn, ABŞ-da, Avropada polis işçiləri etirazçılara hücum edib onlara ciddi xəsarət yetirəndə, hətta döyərək ölümcül vəziyyətə salanda bu, “azad ölkə”mi olur?
“Freedom House” öz çirkin niyyətini gizlədə bilməyərək erməni xalqının özü tərəfindən Ermənistanı azad olmayan ölkə kimi qiymətləndirəndə və ya onun parlamentində spiker və deputatlar güllələnib öldürüləndə, prezident seçkisində saxtakarlıq edən rəhbərliyə etiraz edənlər qətlə yetiriləndə necə olur ki, belə ölkə “qismən azad” hesab edilir? Elə buradan görünür ki, bu təşkilat sifarişlə işləyir.
“Freedom House” və bu kimi beynəlxalq təşkilatlar bilməlidirlər ki, ölkəmizdə mətbuat tamamilə azaddır, 80 faiz əhalinin internetə çıxışı var, bütün sosial şəbəkələr açıqdır və heç bir senzura yoxdur. Prezident İlham Əliyevin titanik səyi nəticəsində ölkəmizdə sabitlik, təhlükəsizlik və inkişaf yüksək səviyyədədir. Azərbaycan bu gün sabitlik adası kimi tanınır. Regionda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun iqtidarla sarsılmaz birliyidir. Bu birliyin təməlində dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı və etimadıdır”, - deyə Əli Həsənov vurğulayıb.
Partiya sədrinin müavini qeyd edib ki, bu cür qərəzli hesabatlarla nə ölkəmizə təzyiq etmək, nə də nüfuzunun artmasının qarşısını almaq mümkündür. Bu təşkilatlar insan hüquq və azadlıqlarının qorunmasından danışırsa, ilk növbədə, Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməlidirlər.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

