Mənzillər təqdim olunub
16.03.2019 [10:14]
Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlıq imkanları məhdudlaşmış şəxsə yeni mənzillər təqdim edilir. Bu, dövlətimiz tərəfindən vətən qarşısında öz vəzifələrini və vətənpərvərlik borclarını layiqincə yerinə yetirmiş insanlara göstərilən qayğının daha bir ifadəsidir. Çünki mənzil təminatı hər bir insanın rahat yaşayışı və əsas qayğılarının həll olunması deməkdir.
Ali Məclisin Sədri vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzillə təmin olunanlara təşəkkürünü bildirib, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və yeni mənzillərində firavan həyat arzulayıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada müvafiq kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi, tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 4 ailəyə mənzillər, 1 nəfərə isə minik avtomobili təqdim olunub. Həyata keçirilən tədbirlərin davamı olaraq bu gün müvafiq kateqoriyalı 4 şəxsə yeni mənzillər təqdim olunur. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən yüksək diqqətə və qayğıya görə minnətdarlıq edib, əhalinin sosial müdafiəsi sahəsində qarşıya qoyulan vəzifə və tapşırıqların icrasında səylə çalışacaqlarını bildirib.
Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim edib, müharibə iştirakçıları və onların ailə üzvləri ilə xatirə şəkli çəkdirib.
Azərbaycan Vətən Müharibəsi iştirakçısı Samir Sadıxovun valideyni Əmanət Musayeva çıxış edərək deyib: “Dövlətimiz tərəfindən müharibə iştirakçılarına, şəhid ailələrinə hərtərəfli qayğı göstərilir. Mənim övladım Samir Sadıxov da vətənimizin müdafiəsində sağlamlığını itirib. Valideyn kimi fəxr edirəm ki, övladım Vətən yolunda şərəflə xidmət edib. Bir neçə il bundan əvvəl övladıma avtomobil təqdim edildi. Bu gün - Novruz bayramı ərəfəsində isə yeni mənzil verilir. Göstərilən bu qayğı bizə ikiqat bayram sevinci yaşadır. Qürur duyuram ki, mən bu ölkənin vətəndaşıyam. Ailəmiz bundan sonra da vətənimizin inkişafına öz töhfəsini verəcəkdir”.
Əmanət Musayeva göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Naxçıvan şəhərində yerləşən iki və üçotaqlı mənzillər təmir olunaraq lazımi şərait yaradılıb. Mənzillə təmin olunanlara xalça hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34

