Cavanşir Paşazadə: Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı
30.03.2019 [09:16]
Prezident İlham Əliyevin Nizami rayonundakı ticarət mərkəzində baş verən yanğın hadisəsini dərhal ciddi nəzarətə götürməsi, zərərçəkən sahibkarlara dövlət tərəfindən yardım göstərilməsi ilə bağlı tapşırıq verməsi təqdirəlayiqdir və bütövlükdə cəmiyyətimiz tərəfindən çox yüksək qiymətləndirilir. Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı.
Bunu qəzetmizə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. Onun sözlərinə görə, dünya ölkələrində bu tipli qərarlar qəbul olunmasa da, Azərbaycan bu baxımdan tamamilə fərqlənir. Bu, bilavasitə vətəndaşların mənafeyinə xidmət edir.
“Dövlət başçısının imzaladığı “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Sərəncama əsasən, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 3 milyon manat ayrılıb. Bu fakt bir daha göstərir ki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev hər zaman vətəndaşların yanındadır. Məlumdur ki, dövlətimiz əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirir. Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili və onun rifahı dayanır. Onu da qeyd etmək lazımdır ki, sahibkarlar da cəmiyyətimizin bir təbəqəsi olaraq dövlətin dəstəyindən bəhrələnirlər. Bu gün Azərbaycanda sahibkarlığın inkişafına güclü dövlət dəstəyi mövcuddur. Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda sahibkarlığın inkişafı geniş vüsət alıb və ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafı böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlıdır. Sahibkarlar müxtəlif sahələrdə, istehsalda, xidmət və ticarət sektorlarında çox fəal işləyirlər. Cənab Prezident dövlətin hər zaman sahibkarların yanında olacağını bəyan edib”, - deyə millət vəkili əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

