"Ermənistanın iki seçimi var..."
20.11.2009 [10:41]
“Biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan əvvəldən tutduğu mövqeyə sonra təzədən nəzərə salıb və artıq razılaşdırılmış məsələlərdən geriyə çəkilmək istəyib”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov danışıqlarda beş, yaxud yeddi rayonun işğaldan azad edilməsinə dair razılaşmanın olub-olmamasına münasibət bildirərkən deyib. Odur ki, hansısa razılığa dair məsələləri açıqlamaqdan çəkindiyini söyləyən A.Əzimov bütün hallarda işğal edilmiş ərazilərin boşalmasının bilavasitə münaqişənin həllində komponentlərdən biri olduğunu vurğulayıb: “İşğal başa çatmasa, heç bir şey mümkün olmayacaq”.
Nazir müavini yeddi rayon və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və bunun müzakirə edilmədiyini bir daha diqqətə çatdırıb: “Yeddi rayonun boşaldılması, azərbaycanlıların Dağlıq Qarabağa qayıtması əvvəldən Azərbaycanın prinsipial mövqeyində əsas yer tutub. Ermənistanın iki seçimi var: ya münaqişə həll olunmur, ya da azərbaycanlılar Dağlıq Qarabağa qayıdandan sonra status müəyyənləşir. Başqa seçim yoxdur. Lakin “Hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmayıb” prinsipi var”.
Araz Əzimov bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün yaxın günlərdə keçirilməsi planlaşdırılır. Azərbaycan xarici işlər nazirinin müavini “Azərbaycan bu görüşdən nə gözləyir” sualına cavab olaraq bunları deyib: “Birincisi, əsaslı və müfəssəl formada müzakirələr aparılmasını, ikincisi, qarşı tərəfin bu müzakirələrdə ötən görüşdən və ümumilikdə mövqeyində dəyişikliklər olmasını gözləyirik”.
A.Əzimov deyib ki, dəyişiklik olmasa, inkişafdan söhbət açmaq mümkün olmayacaq: “Azərbaycanın mövqeyi tam aydındır. Biz ərazi bütövlüyümüz çərçivəsində problemlərin həlini istəyirik. Bu mövqeyimizi həmişə izah etmişik və əsaslandırmışıq. Bizim mövqeyimiz bütöv formada beynəlxalq cəmiyyət tərəfindən dəstəklənir. Bu mövqenin əsasını beynəlxalq hüquq norma və prinsipləri təşkil edir. Azərbaycanın mövqeyində qarşı tərəf üçün heç bir ikinci, arxada gizlənən bir fikir, ya da niyyət yoxdur. Görüşdə gündəliyimizdə yalnız bu məsələlər durur”.
Nazir müavini Azərbaycanın mövqeyinin Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində, əhalinin öz yurdlarına qaytarılması, normal şəraitin bərpa edilməsi ilə orada yaşaması və gələcəkdə hansısa münasib şəraitdə statusun müəyyənləşdirilməsi prinsipləri ilə həllindən ibarət olduğunu deyib: “Qarşı tərəf münaqişənin sülh yolu ilə həll edilməsinə hazır olduğunu bildirsə də, onun mövqeyində beynəlxalq hüquq norma və prinsiplərinə uyğunluğu görmürük. İkincisi, biz onların mövqelərində inkişafın əks istiqamətini müşahidə edirik. Həmsədrlərin neçə illərdən bəri səylərindən, bu qədər görüşlərdən, ümid bəslənən inkişafın əldə edilməsi üçün atılan addımlardan sonra Ermənistan yenə də prinsiplərə təklif edilən variantlara məhəl qoymadan, təzədən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və onun torpaqlarının bir hissəsinin ayrılmasına üstünlük verirsə, məncə, əks mövqedə dayanır. Odur ki, dediyim kimi, Ermənistanın mövqeyində dəyişiklik baş verməlidir”.
Azərbaycanın öz mövqeyində kompromislərə yer saxladığını qeyd edən A.Əzimovun sözlərinə görə, Azərbaycan körpünün ortasında dayanıb və qarşı tərəfin bu nöqtəyə gəlməsini gözləyir: “Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində kompromisin müzakirə edilməsinə hazırdırsa, biz də belə bir müzakirənin davam etdirilməsinə hazırıq”.
Azərbaycan xarici işlər nazirinin müavini Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyə Böyük Millət Məclisinin büdcəsinin müzakirəsi zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib ki, məncə, hörmətli Davudoğlu sonuncu açıqlamasında məhz münaqişənin həlli istiqamətində Türkiyənin də siyasi töhfəsini nəzərdə tutaraq bu sözləri söyləyib.
Nazir müavini bildirib ki, Türkiyə regional problemlərə əvvəldən çox yaxın olub: “Türkiyə bu məsələlərə həmişə diqqət göstərib, Azərbaycanla həmişə yaxın tərəfdaş ölkə olub. Əlbəttə, Türkiyənin mövqeyindən çox məsələ asılı ola bilər. Bu, Türkiyəyə bilavasitə münaqişə ilə bağlı hansına addımlar atmağa yaxşı imkan yaradır, hətta mən deyərdim ki, istiqamətləndirir”.
Qeyd edək ki, Ə.Davudoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı “status-kvo”nun 17 ildir, davam etdiyini xatırladıb: “Biz Azərbaycan ərazilərinin müdafiəsinə böyük önəm veririk. “Status-kvo”nu yaxın 10 il ərzində dəyişməyə cəhd göstərməsək, hazırkı vəziyyət sonsuzluğa qədər davam edəcək. Bizim məqsədimiz regiondakı durumu diplomatik yolla dəyişməkdir. Bu halda erməni-türk münasibətləri normallaşacaq”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45

