Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
24.04.2019 [09:17]
Aprelin 23-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək bu gün Türkiyə Böyük Millət Məclisinin 99-cu ildönümünün qeyd olunduğunu vurğulayıb. TBMM 1920-ci il aprelin 23-də Ankarada fəaliyyətə başlayıb. Bu tarix həm də Uşaq Bayramı Günü kimi hər il təntənəli şəkildə qeyd olunur. Səfir bildirib: “Bu, çox sevindirici haldır ki, bu gün Türkiyəyə məxsus bayramı məhz Azərbaycanda türkiyəli və azərbaycanlı uşaqlarla birlikdə qeyd edirik. Bu bayram müstəqil və demokratik Türkiyə üçün çox önəmli bir bayramdır”.
Türkiyə səfirliyinin təhsil müşaviri Mahmud Əyirməndə bu günün tarixi önəmini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu, tarixi əhəmiyyət kəsb edən böyük bayramdır. “Türkiyə dünyada yeganə ölkədir ki, 23 aprel tarixi Uşaq Bayramı Günü kimi qeyd edilir. Mustafa Kamal Atatürkün öz çıxışlarında “Türkiyənin gələcəyi uşaqlardan asılıdır” deməsi bu bayramın dövlət üçün əhəmiyyətli olduğunu göstərir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də hər zaman söyləyirdi ki, Azərbaycanın gələcəyi sabahın gəncləri hesab olunan uşaqların əlində olacaq”, - deyə nazir müavini vurğulayıb.
Firudin Qurbanov bildirib ki, 99 il ərzində Türkiyə böyük inkişaf yolu keçib. Qardaş Türkiyə dünyada çox güclü bir dövlət kimi özünü təsdiq edib. Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən nazir müavini əlavə edib ki, ölkələrimiz xoş və çətin günlərdə daim bir-birlərinin yanındadırlar.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

