Bu dəfə radikal müxalifətin önündə başına kəfən salmış qisasçı qoca gedəcək
04.05.2019 [10:10]
Yaxud Əli İnsanovun qisasçılıq siyasətini xaricdəki anti-azərbaycançı qüvvələr sifariş edirlər
Bu bir həqiqətdir ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə inkişafın əldə edildiyi Azərbaycan eyni zamanda dünyada demokratik ənənələrə hörmət göstərən, vətəndaş cəmiyyətinin inkişafını təmin edən, tolerantlıq nümunəsi sayılan ölkə olaraq tanınır. Əldə edilən bütün uğurların təməlində isə xalq-iqtidar birliyi durur. O da xüsusi olaraq qeyd edilməlidir ki, yerləşdiyi regionda siyasi-iqtisadi aktora çevrilmiş Azərbaycanda xalqın sosial problemlərinin həlli, rifah halının yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır, islahatlar həyata keçirilir. Öz ambisiyalarının qurbanına çevrilmiş, şəxsi məqsədləri üçün “çarpışan” radikal ünsürlər isə pafoslu yalanlarla ictimai rəyi çaşdırmağa, manipulyasiya etməyə çalışırlar. Və görünən odur ki, ölkə Prezidentinin əfvi sayəsində azadlığa çıxmış Əli İnsanov da radikal ünsürlərin cərgəsinə qoşulmaq üçün can-dildən “qollarını çırmamağa” niyyətlənib.
Belə ki, həbsdən çıxan gündən antimilli mərkəzlərin diqqətini cəlb etmək üçün “Qərb-Qərb” deyib dad döyən Ə.İnsanov bir neçə gün öncə KİV-ə verdiyi müsahibədə öz “məqsədlərini” bir daha açıqlayıb. Özünü “gözünü qan örtmüş siyasətçi” qiyafəsində qələmə verməyə çalışan bu şəxs birmənalı olaraq qisasçı mövqedən çıxış etdiyini bütün parametrlər üzrə ortaya qoyub. Daha dəqiq desək guya radikal kəsimin adda-budda 3-5 nəfərlik qohum-əqrəba partiyalarını özünə tərəf çəkmək, ən əsası isə, xarici anti-azərbaycançı dairələrin diqqətini və maliyyəsini əldə etmək üçün pafosa güc verən Ə.İnsanov bir daha öz kimliyini cəmiyyətə nümayiş etdirib. Vurğulamaq yerinə düşər ki, “başına kəfən salmış qisasçı qoca” libasında özünü gözə soxmaq istəyən Ə.İnsanovun bütünlüklə qisasa kökləndiyi onun bütün fikirlərində bariz şəkildə öz əksini tapır. Bu adam anlamır ki, onun tutduğu mövqe, yəni “hər kəsdən və hamıdan qisas almaq” missiyası fəlakətə apara bilər. Bu adam açıq şəkildə öz mənafeyinə və qisasçılıq hissinə qapılaraq insanları yeni vətəndaş qarşıdurmasına sürükləməyə çalışır. Özünü radikal müxalifətin sıralamasında ön cərgəyə pərçimləməyə çalışan bu qoca öz anlamında “bu dəfə radikal müxalifətin önündə başına kəfən salmış qisasçı gedəcək” parafrazını ictimai rəyə sırımağa niyyətlənib.
Beləliklə, yaşına görə “müdrikləşmə mərhələsində” olmalı olan Ə.İnsanov, göründüyü kimi, tamam əks mövqedən çıxış edir. Bu cür mövqe isə insanları yeni bir fəlakətə doğru sürükləmək deməkdir. Necə deyərlər, müdrik qocalar sülh və barış, qisascı qocalarsa qarşıdurma və fəlakət gətirirlər. İndiki halda Əli İnsanovun qisasçı arzuları da məhz qarşıdurma və fəlakətlərə yol açmaq üçün deyilən fikirlərdir. Ən əsası isə, bu bir aksiomdur ki, qisasçı siyasət fəlakət gətirər.
Bəli, göründüyü kimi maddi gəlir əldə etmək üçün xarici anti-azərbaycançı dairələrin, ermənipərəst mərkəzlərin direktivlərini özünün “fəaliyyət planı”na çevirməyə, həmin dairələrin sifarişi ilə qisasçılıq siyasəti yürütməyə çalışan bu qisasçı qoca da digər satqın ünsürlərin yolu ilə gedir. Belə ki, qisasçılığa hədəflənən “siyasi xətt”i özünə “yol” deyə seçməyə niyyətlənmiş başına kəfən keçirmiş qisasçı qoca siyasi mübarizənin sivil qaydalarından deyil, təxribat xarakterli yollardan istifadə etməyə çalışır. Məhz təxtibata, stabilliyi pozmağa yönəlik fikirləri qarşılığında da o, açıq şəkildə yalvardığı antimilli xarici mərkəzlərin istinad mənbəyinə çevrilmək və ermənilərlə birlikdə xalqdan qisas almaq missiyasına yiyələnmək niyyətindədir.
Amma onun bu niyyəti də, necə deyərlər, “daşa dəyəcək”. Çünki ölkəmizdə onun kimi xalqa yalan deyən, pafosa güc verib xarici ermənipərəstlərin dili ilə danışanların aqibəti göz önündədir. Bu gün özünü “siyasi qüvvə” kimi qələmə verməyə çalışan həmin xəyanətkar qrupun xalq tərəfindən dəstəklənmədiyi hər kəsə bəllidir. Bu baxımdan da, qisasçı missioner qoca qiyafəsində “zühur” etməyə çalışan Ə.İnsanovun da eyni fiaskonu yaşayacağını indidən proqnozlaşdırmaq elə də çətin deyil.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

