Pərvin Kərimzadə: Ölkəmiz dünyada sülhün təmin edilməsinə öz töhfələrini verir
04.05.2019 [10:20]
“Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına öz sanballı töhfəsini verir. Qlobal iqtisadi və mədəni əhəmiyyət daşıyan, multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkan kimi ölkəmizin seçilməsi bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi, həm də siyasi, iqtisadi və mədəni cəhətdən beynəlxalq mərkəzlərdən birinə çevrilib. Dünya miqyasında çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən toplantıların, konfransların, forumların Bakıda keçirilməsi ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sülhsevər siyasətin uğurudur. Tarixən əməkdaşlıq məkanı olan Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ölkələr, xalqlar arasında körpü rolundan, xoş məramından irəli gəlir”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, artıq Azərbaycan 5-ci dəfə möhtəbər tədbirə ev sahibliyi etməklə sülhə, əməkdaşlığa və dialoqa sadiqliyini nümayiş etdirir. Onun sözlərinə görə, “Bakı Prosesi”nin çox önəmli tərkib hissəsi olan Forum dünyada baş verən aktual məsələlərin həlli yolunda müzakirələr üçün əvəzolunmaz platformadır: “Forum sayəsində beynəlxalq təşkilatların nümayəndələri, mütəxəssislər dünyada qarşılaşdıqları çətinliklərlə bağlı fikirlərini bölüşür və dünyada sülhün bərqərar olması məqsədilə mövcud problemlərin həll yollarını axtarırlar. Təəssüflər olsun ki, dünyada hələ də müharibələrə çağırışlar səsləndirilir, qruplaşmalar, münaqişələr, terror hadisələri baş verir. Fərqli sivilizasiyaların, mədəniyyətlərin, dinlərin arasında anlaşmanın, əməkdaşlığın optimal yollarının tapılması üçün mədəniyyətlərarası dialoqa, anlaşmaya daha çox ehtiyac duyulduğu bir vaxta Bakı bütün dünyanın düşünən beyinlərini bir araya toplayaraq, gündən-günə artan gərginliyə, düşmənçilik həddinə çatan münasibətlərə son qoymağa, insanları birliyə, sülhə və dialoqa çağırır. Artıq beşinci dəfədir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanlar arasında intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır, bütün dünyaya öz töhfəsini verəcəyinə inamını ifadə edir. Ən əsası isə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həyəcan siqnalı çalaraq insanları dünyamızda ən çox ehtiyac duyulan mədəniyyətlərarası dialoqa səsləyir. Dövlətimizin başçısının V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində söylədiyi kimi: “Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir”.
Millət vəkili qeyd edib ki, Bakıda davamlı keçirilən bu humanist tədbirlər nəinki dünyaya multikultural dəyərlərin inkişafı nümunəsidir, eyni zamanda, böyük siyasətçilərin, nüfuzlu beynəlxalq təşkilatların yüksək dəyərləndirdiyi bir beynəlxalq tədbirdir: “Xalqları bəşəri dəyərlər ətrafında birləşdirmək, sülhə çağırış, kimi humanist ideyaları tərənnum edən Forumun ildən ilə nüfuzu artır. Yaxşı bilirik ki, mədəniyyətlərarası əməkdaşlıq məsələsi uzunmüddətli və mürəkkəb bir prosesdir. Belə bəşəri dəyərlərin bərqərar olmasında, humanist məsələlərin təbliğ edilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi rolu olduğunu dünya ictimaiyyəti yüksək dəyərləndirir və layiqincə qiymətləndirirlər. Dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgə yaşama, tolerantlıq kimi şüarların və təbliğat işlərinin yayılmasının olduqca vacib olduğunu vurğulayan Forum iştirakçıları Prezident İlham Əliyevə belə bir təşəbbüsü reallaşdırdığına görə təşəkkür ediblər. Bəli, bu gün V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası qütblər arasında, sadəcə, kəsişmə nöqtəsi, körpü rolunu oynamır, həm də dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə öz müsbət töhfələrini verir”.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

