Əli Kərimli artıq siyasi etikanın bütün mümkün sədlərini aşıb
21.05.2019 [09:46]
Bu adamı nifrət hissi o qədər bürüyüb ki, məşhur qatil Çikatilo dirilib hakimiyyəti tənqid etsə, onu da “siyasi məhbus” elan edər
Xalq tərəfindən dəstəklənməyən, antimilli xarici mərkəzlərin və erməni lobbisinin sifarişlərini yerinə yetirən, maddi təminat qarşılığında Azərbaycan dövlətinə qarşı aparılan çirkin kampaniyalarda yer alan radikal müxalifət düşərgəsinin xəyanətkar xarakteri hər kəsə bəllidir. Əslində görünən dağa bələdçi lazım olmadığı kimi, radikal ünsürlərin də xain addımlarını sübuta yetirmək üçün elə də böyük araşdırmaya ehtiyac yoxdur. Zaman-zaman düşərgə daxilində yaşananlar, adını müxalifət qoymuş radikal təşkilatların rəhbərlərinin məsuliyyətsiz və əsassız açıqlamaları, eləcə də xaricdə yaşayan və antimilli mərkəzlərin direktivləri əsasında fəaliyyət göstərən şəbəkə üzvlərinin özünüifşa kampaniyaları bunu sübut edir. Radikal düşərgə partiyalarına rəhbərlik edən şəxslərin bu təşkilatlardan kooperativlər kimi istifadə etməsi faktları isə yetərincədir. Siyasəti alverə çevirən belələri üçün “milli maraqlar” yalnız əldə etdikləri maliyyə ilə “sərhədlənir”.
Vurğulayaq ki, xəyanət yolunu seçmiş, xarici antimilli mərkəzlərə xidmət göstərən radikal ünsürlərdən biri də AXCP sədri Əli Kərimlidir. Qeyd etmək yerinə düşər ki, milli mənafeyi heçə sayan, ermənipərəst təbliğatın bir parçası qismində çıxış etməyə adət etmiş, ölkəmizin inkişafına, müsbət imicinə kölgə salmaq üçün anti-azərbaycançı mərkəzlərin apardığı çirkin kampaniyalarda yer alan Ə.Kərimli və təmsil etdiyi partiya həm də milli birliyin daha da gücləndirilməsinə qarşı olması ilə seçilir. Təsadüfi deyil ki, zaman-zaman radikal yol seçmiş bəzi şəxslərin öz səhvlərini anlamaları, bunu etiraf etmələri və xalqdan, dövlətdən üzr istəmələri Əli Kərimli və tərəfdarları tərəfindən “top-tüfənglə” qarşılanıb, onlar xəyanətdə günahlandırılıb. Elə bir müddət öncə xaricdə yaşayan və radikal mövqeyi ilə tanınan bir şəxsin öz səhvlərini etiraf etməsi də Ə.Kərimli tərəfindən “xainlik” kimi dəyərləndirilib. Təbii ki, Ə.Kərimlinin tutduğu bu mövqe anlaşılandır. O mənada ki, “mühacirlərə açılım məsələsi” gündəmə gələn kimi Ə.Kərimli qondarma nümunələrlə yenidən gərginlik yaratmağa çalışır. Yəni o, qorxur ki, “mühacirlər” qayıdıb gələr, yumşalalar, tənqidçilərin sayı azalar, bu da tək qalar. Bu da Ə.Kərimliyə sərf etmir. Belə ki, özünü “radikal düşərgənin rəhbəri” kimi görən bu şəxs bütün hallarda həmin insanlardan öz şəxsi mənafeyi üçün istifadə edir, onların adı ilə xarici ermənipərəst mərkəzlərdən ianələr alır.
Digər tərəfdən, bu, Ə.Kərimlinin gəlirinin mühüm bir hissəsini təşkil edən qondarma “siyasi məhbus” oyununun da fiaskosu deməkdir. Belə ki, Ə.Kərimli üçün həbs olunan şəxsin törətdiyi cinayət və hətta onun motivi də maraqlı deyil. Bu adam pul xatirinə hər kəsə “siyasi məhbus” deməyi özünə rəva bilir, bu adı siyasi alver predmetinə çevirir. Ə.Kərimlini nifrət hissi o qədər bürüyüb ki, məşhur qatil Çikatilo dirilib hakimiyyəti tənqid etsə, onu da “siyasi məhbus” elan edər. Göründüyü kimi, Əli Kərimli artıq siyasi etikanın bütün mümkün sədlərini aşıb və özünü manyak kimi aparır.
Yeri gəlmişkən, öz səhvini anlayıb etiraf edənləri “islah olunmuş mühacir” adlandıran Ə.Kərimlinin Emin Millinin bostanına “daş” atdığı sirr deyil. Maraqlıdır ki, Əli Kərimli dünənə qədər onun haqqında bir cür, bu gün isə başqa cür danışır. Məsələ isə çox sadədir. Bu gün Ə.Kərimli və sosial şəbəkədəki dəstəsi tərəfindən hədəfə alınan şəxsin tək “günahı” öz səhvlərini anlamasıdır.
Bəli, hakimiyyəti siyasi dözümsüzlükdə ittiham edən Ə.Kərimli yenidən öz ampluasındadır. Artıq illərdir ki, ətrafında bir nəfər fərqli düşünən adam saxlamayan, hətta fərqli fikirlərə açıq dözümsüzlük nümayiş etdirən Ə.Kərimli belələrinin hamısını partiyadan didərgin salıb. Ona görə də Elçibəyin dövründə olan AXCP funksionerlərindən heç biri onun yanında qalmayıb. Bu boşluğu isə reneqatlar, heç bir əxlaqı olmayan ünsürlər və zombilər doldurub. Bu isə bir daha sübut edir ki, hətta fərqli fikirlərə malik partiyadaşlarını belə sosial şəbəkələrdə hədəfə alan, onlar haqqında nəinki tənqid, təhqirlər səsləndirən Ə.Kərimli üçün yeganə məqsəd hər necə olursa olsun, maddi gəlir əldə etməkdir. Bunun uğrunda isə o, hər şeyi və hər kəsi “qurban” verməyə hazırdır...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

