Milli Məclis 2010-cu ilin dövlət büdcəsini təsdiqləyib
27.11.2009 [09:30]
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda ilk öncə 2010-cu ilin dövlət büdcəsi deputatların müzakirələr zamanı səsləndirdikləri təkliflərin bəziləri nəzərə alınmaqla təsdiqlənib.
Büdcə müzakirələrinin çox məhsuldar keçdiyini deyən Milli Məclisin sədri Oqtay Əsədov deputatların təkliflərinin nəzərə alınması üçün hökumətə 10 gün vaxt verildiyini xatırladıb. Spiker bildirib ki, millət vəkillərinin investisiya layihələri ilə bağlı təklifləri büdcə müzakirələri zamanı deyil, daha əvvəl verilməlidir ki, onları nəzərə almaq mümkün olsun.
Maliyyə naziri Samir Şərifov çıxışında deyib ki, parlamentdəki müzakirələrdən sonrakı müddətdə hökumət səsləndirilən təklifləri araşdırıb. Nəticədə qərara alınıb ki, icmal büdcəsi 20 milyon manat artırılaraq 12 milyard 636 milyon manata çatdırılsın. Belə ki, hökumət Dövlət Neft Fondunun xərclərinin 20 milyon manat artırılmasına qərar verib. 2010-cu il “Ekologiya ili” elan olunduğu üçün bu vəsait ekoloji problemlərin maliyyələşdirilməsinə sərf olunacaq. Nazir deyib ki, hökumət, bundan əlavə, deputatların təkliflərinə əsasən, dövlət büdcəsinin xərc strukturunda da bəzi dəyişikliklər edib. Bir neçə sahə üzrə nəzərdə tutulan vəsaitlər artırılıb. Belə ki, elmi-tədqiqat institutlarının fəaliyyətinin yaxşılaşdırılması, müasir avadanlıqlarla təminatının gücləndirilməsi üçün elm xərclərinə əlavə olaraq 3 milyon manat, dərman preparatları ilə təchizatın yaxşılaşdırılması ilə bağlı səhiyyə xərclərinə əlavə olaraq 4 milyon manat, tarixi abidələrin bərpası, xaricdə Azərbaycan mədəniyyəti mərkəzlərinin yaradılması, sənədli filmlərin çəkilişi və digər mədəniyyət tədbirlərinin maliyyələşdirilməsi üçün mədəniyyət xərclərinə əlavə olaraq 6,3 milyon manat ayrılıb. Bundan başqa, Milli Məclisin və Xarici İşlər Nazirliyinin əməkhaqqı fondunun müvafiq olaraq 458 min və 580 min manat artırılması məqbul sayılıb. ümumilikdə, deputatların təklifi ilə ayrı-ayrı sahələr üçün təklif olunan cəmi 14,3 milyon manat vəsaitin 13,3 milyon manatı sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə yönəldilib.
Amma, bütün bu dəyişikliklər büdcənin ümumi xərclərini artırmayıb. S.Şərifov deyib ki, digər sahələrə yönəldilən vəsaitlər büdcənin xidmət xərcləri bölməsində valyuta ehtiyatlarının konventarizasiyası üçün nəzərdə tutulan vəsaitlərdən götürülüb. Yəni həmin iş üçün nəzərdə tutulan vəsait 14,3 milyon manat azaldılıb. Bununla da 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 milyard 015 milyon manat, xərcləri isə 11 milyard 264 milyon manat olaraq qalıb. Dövlət büdcəsinin kəsiri isə 1,249 milyard manat həcmində proqnozlaşdırılır.
Bundan sonra 2010-cu ilin dövlət büdcəsi qəbul edilib.
İclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi də təsdiq olunub.
Deputatlar yaşayış minimumunu 87 manat, ehtiyac meyarını isə 65 manat məbləğində təsdiqləyiblər. Bu barədə məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, gələcək illərdə ehtiyac meyarı anlayışından imtina ediləcək.
Deputatlar Milli Məclisin xərclərini 16827033 manat, Hesablama Palatasının xərclərini isə 3727021 manat həcmində təsdiq ediblər.
2010-cu ilin büdcə zərfi qəbul olunduqdan sonra millət vəkilləri iclasın gündəliyini təsdiq ediblər. Daha sonra cari məsələlərlə bağlı çıxışlar olub.
Millət vəkilləri daha çox Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son proseslərə öz fikirlərini bildiriblər. YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, bəzi dairələr Dağlıq Qarabağ problemi haqqında populist çıxışlar edirlər: “Bu şəxslər bir müddət siyasi hakimiyyətdə olublar. Ona görə də, beynəlxalq müstəvidə gedən danışıqlar haqqında az-çox müəyyən bilgiyə malik olmalıdırlar. Amma, təəssüf ki, onların belə bilgisi də yoxdur. Madrid prinsiplərindən söhbət gedərkən nəzərə alınmalıdır ki, belə bir sənəd imzalanmayıb. Azərbaycan imza atmayıbsa, bu sənəddən söhbət gedə bilməz. Amma müzakirələr zamanı 100-lərlə variant ortada ola bilər. Azərbaycanın bu məsələdə mövqeyini Prezident İlham Əliyev ifadə edib. Ona görə də, Ermənistan KİV-lərinə inanmaq lazım deyil”.
Millət vəkili parlamentdə “İşğal olunmuş ərazilər haqqında” qanun layihəsinin hazırlanıb qəbul olunmasını təklif edərək deyib ki, bu qanun vasitəsilə xarici şirkətlərin həmin ərazilərdə fəaliyyətinin qarşısı alınmalıdır.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxışında bildirib ki, Ermənistanın işğalçılıq siyasəti bütün dünyaya bəlli olsa da, heç bir dövlət onu təcavüzkar kimi tanımır. Onun sözlərinə görə, əksinə, başqa dövlətlər Ermənistana daha çox maddi yardım göstərirlər.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bildirib ki, dövlət başçısı danışıqlar prosesi ilə bağıl müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün iqtisadi, siyasi və hərbi potensial mövcuddur. Eyni zamanda, ordu gücləndirilir, yeni hərbi texnikalar alınır. Bundan başqa, məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi üçün zəruri addımlar atılır.
Mövzu ilə bağlı millət vəkillərindən Gülər Əhmədova, Zahid Oruc və digərləri də çıxış ediblər.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. İclasda bəzi digər konvensiyalar və dövlətlərarası sazişlər təsdiq edilib. Bu sənədlər sırasına “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiya, “Avropanın memarlıq irsinin qorunmasına dair” Konvensiya, “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında” Birgə Bəyannamə, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi, Türkdilli ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısının Naxçıvan Bəyannaməsi və s. daxildir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

