Mariya Zaxarova: Bakı mənim məmnuniyyətlə gəldiyim yerlərin siyahısına daxildir
08.06.2019 [07:25]
Bakı mənim daim böyük məmnuniyyətlə gəldiyim yerlərin siyahısına daxildir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə “Moskva-Baku” portalı jurnalistinin UEFA Avropa Liqasının Bakıdakı finalının siyasiləşdirilməsi cəhdləri barədə sualını şərh edərkən bildirib.
M.Zaxarova qeyd edib ki, Rusiya XİN idmanın siyasiləşdirilməsinə qarşı çıxır: “Biz bir tərəfdən idmanda siyasiləşdirmələrə adət etməliyik, digər tərəfdən isə bu, o demək deyil ki, biz bununla razılaşmalıyıq. İdman tədbirlərinin siyasiləşdirilməsi xüsusən də BMT tərəfindən müəyyən edilən sənədlərlə, ölkələrin ikitərəfli, çoxtərəfli razılaşmaları ilə ziddiyyət təşkil edir. İdman ayırmağa deyil, birləşdirməyə yönəldilməlidir”.
Bakıya məmnuniyyətlə gəldiyini bildirən RF XİN-in nümayəndəsi deyib: “Bakını təhlükəli şəhər adlandıra bilmərəm. Mən bu şəhərə məmnuniyyətlə gəlirəm. Mən Bakıya həm Xarici İşlər Nazirliyinin əməkdaşı kimi getmişəm, eyni zamanda, hansısa qeyri-rəsmi tədbirlərdə də iştirak etmişəm. Azərbaycan paytaxtında son 10 ildə baş verən dəyişikliklər məni heyrətləndirdi və bu barədə daim danışıram. Bakı mənim daim məmnuniyyətlə gəldiyim yerlərin siyahısına daxildir”.
M.Zaxarova, həmçinin Rusiya və Azərbaycanın xarici siyasət idarələri arasındakı sıx əməkdaşlığı da qeyd edib. “Ötən ilin sonunda Sergey Lavrov Bakıya səfər etdi, bu il Azərbaycanın xarici işlər naziri iki dəfə - aprelin 4-də və 16-da Moskvada oldu. Diplomatlarımız arasında əlaqələr işçi səviyyəsində saxlanılır. Biz sözsüz ki, XİN-lərarası birgə məsləhətləşmələrin keçirilməsi praktikasını davam etdirməyə köklənmişik”, - deyə M.Zaxarova ölkələrimiz arasında müntəzəm olaraq müxtəlif səviyyəli dialoqların dəstəklənməsini də əlavə edib. “Bildiyiniz kimi, ölkələrimiz arasında müxtəlif səviyyələrdə və müxtəlif formatlarda müntəzəm siyasi dialoq dəstəklənir. Buraya təkcə ikitərəfli format, beynəlxalq meydanlarda qarşılıqlı fəaliyyət formatları deyil, həm də yüksək səviyyəli Rusiya, Azərbaycan, İran görüşünün formatı da daxildir. Bu formatda iş davam edəcək. Bizim funksional səlahiyyətlərimiz bölüşdürüldüyü üçün ümumi anons verə bilmərəm. Lakin deyə bilərəm ki, bu format fəal şəkildə mövcuddur. Sözsüz ki, fəaliyyətini davam etdirəcək. Gələcək görüşlərin substantiv məzmununun müəyyən edilməsi üçün işlər gedir. İqtisadi əməkdaşlıq üzrə parlamentlərarası komissiya fəal işləyir. Komissiyaya Rusiyanın iqtisadi inkişaf naziri və Azərbaycanın iqtisadiyyat naziri başçılıq edirlər, onların rəhbərlik etdikləri müvafiq qurumlar arasında müntəzəm məsləhətləşmələr aparılır”, - deyə Zaxarova bəyan edib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının perspektivləri barədə suala cavab verən XİN-in rəsmi nümayəndəsi bildirib ki, Rusiya XİN “regionda uzun illər davam edən böhranın nizamlanması istiqamətində işi irəlilətmək üçün əlindən gələni edir”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

