Saatlı seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
03.12.2009 [09:41]
Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat - təşviqat kampaniyasını davam etdirir. Partiyanın növbəti tədbiri dünən Saatlı rayonunun Nəsimikənd kəndində baş tutub. Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bələdiyyə seçkilərinin ölkəmizin həyatında mühüm siyasi kampaniya olduğunu qeyd edərək bildirib ki, Saatlı rayonunda 36 bələdiyyə üzrə Yeni Azərbaycan Partiyası tərəfindən 324 namizəd irəli sürülüb. Onlardan 98 nəfəri qadın, 100 nəfəri 30 yaşına qədər gənclərdir. O, qeyd edib ki, noyabr ayının 25-dən başlayan təbligat-təşviqat kampaniyası YAP Mərkəzi Aparatının təlimatlarına uyğun olaraq rayon təşkilatı tərəfindən uğurla həyata keçirilir. Keçirilən görüşlərdə seçicilər ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edən, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni keyfiyyət və məzmunda həyata keçirilən siyasi kursu dəstəklədiklərini bəyan etməklə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərə yekdilliklə səs verəcəklərini bildiriblər: “Əminik ki, görülən işlər məntiqi nəticəni verəcək və partiyamız tərəfindən irəli sürülən namizədlər layiqli qələbə qazanacaqlar”.
Sonra çıxış edən YAP-ın bələdiyyə seçkilərindən səlahiyyətli nümayəndəsi, millət vəkili Rüstəm Xəlilov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan danışıb. Onun sözlərinə görə, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin, bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz böyük inkişaf yolu keçib: “Bu gün bu inkişaf özünü hər bir regionda, ucqar kəndlərdə göstərir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra olunması nəticəsində ölkəmizin bütün regionlarında inqilabi dəyişikliklər nəzərə çarpır. Bu proqramın məntiqi davamı olaraq hazırlanmış yeni Dövlət Proqramında ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin davam etdirilməsi nəzərdə tutulub. Təbii ki, proqramın uğurla nəticələnməsi üçün bələdiyyələrin də üzərinə böyük yük düşəcək. çünki yerlərdə bu tədbirlərin həyata keçirilməsi səviyyəsi həmin bələdiyyələrin işinin effektində də kifayət qədər asılı olacaq. Ona görə də, hamımız bu seçkilərə daha məsuliyyətlə yanaşmalı, etimad göstərdiyimiz, inandığımız şəxslərin bələdiyyələrdə təmsil olunmasına çalışmalıyıq”.
YAP-ın bələdiyyə seçkilərindən səlahiyyətli nümayəndəsi, millət vəkili Astan Şahverdiyev isə YAP-ın cəmiyyətdəki nüfuzundan və rolundan geniş bəhs edib. Onun sözlərinə görə, xalqın partiyası olan YAP-a Azərbaycan cəmiyyətinin böyük sevgi və maraq göstərməsinin bir sıra səbəbləri var: “Birincisi, YAP-ın yaradıcısı xalqımızın ümummilli lideri, böyük siyasət və dövlət xadimi Heydər Əliyevdir. Ulu öndər YAP-ı xalqımızın partiyası olaraq, xalqımıza xidmət üçün yaradıb. Təsadüfi deyil ki, bu gün YAP Heydər Əliyev ideyalarına sadiqlik göstərir, Onun ideyalarının ən fəal təbliğatçısıdır. İkincisi, bu gün YAP-a hər bir azərbaycanlının Prezidenti İlham Əliyev Sədrlik edir. Cənab Prezidentin xalqımızın xoşbəxt, firəvan gələcəyi naminə gördüyü misilsiz işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. üçüncüsü, YAP öz üzərinə xalqımıza ən yüksək səviyyədə xidmət etmək missiyasını götürüb və bu günə qədər həyata keçirilən tədbirlərlə həmin missiyanın öhdəsindən layiqincə gəlib”.
A.Şahverdiyev deyib ki, yarandığı tarixdən 4 prezident, 3 parlament və 2 bələdiyyə seçkilərində iştirak edərək bütün sınaqlardan üzüağ çıxan YAP-ın zəngin seçki təcrübəsi formalaşıb: “Yüksək hazırlığı, gördüyü işlər, tətbiq etdiyi seçki texnologiyaları və ən əsası xalq sevgisi bu seçkilərdə də YAP-ın qələbə qazanacağını deməyə əsas verir”.
YAP-ın bələdiyyə seçkilərindən səlahiyyətli nümayəndəsi, millət vəkili Səfər Məmmədov isə ölkəmizdə bələdiyyələrin yaranması tarixindən danışıb. Onun sözlərinə görə, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrlə bağlı bir çox maddələr yer almışdı. Lakin bu özünüidarə strukturunun ölkəmizdə tam olaraq formalaşması prosesi 1999-cu ildə başa çatdı. Həmin ildə də ilk bələdiyyə seçkiləri keçirildi: “ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyada bələdiyyələrin funksiyalarına dair müddəalar öz əksini tapıb. Bir institut kimi Azərbaycanda 10 il öncə yaradılan yerli özünüidarəetmə orqanları öz işini məhz əsas qanunumuzun tələblərinə uyğun olaraq qurub. ötən 10 il ərzində bələdiyyə orqanlarının fəaliyyətinin tənzimlənməsi üçün çox mükəmməl və ciddi bir hüquqi baza formalaşıb. Bu da yerli özünüidarəetmə orqanlarının daha effektiv və keyfiyyətli fəaliyyətinə zəmin yaradıb. Milli Məclis tərəfindən bələdiyyələrin birləşdirilməsi haqqında qanunun qəbul edilməsini də təsirli bir addım kimi qiymətləndirə bilərik. Bundan başqa, ötən 10 ildə əldə olunmuş təcrübə də imkan verir ki, daha yüksək səviyyədə fəaliyyət göstərmək mümkün olsun. Mən inanıram ki, budəfəki bələdiyyə seçkilərindən sonra bu institut daha fəal və produktiv olacaq”.
Sonra çıxış edən YAP-ın bələdiyyə seçkilərində namizədləri onlara göstərilən bu etimada layiq olmağa çalışacaqlarını, seçkilərdə qələbə qazanacaqlarına inandıqlarını vurğulayıblar. Sonda səlahiyyətli nümayəndələr seçicilərin çoxsaylı suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

