Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İKT-nin Gənclər Forumu "Euronews" kanalına etirazını bildirib

İKT-nin Gənclər Forumu "Euronews" kanalına etirazını bildirib

04.12.2009 [09:27]

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu bu yaxınlarda “Euronews” telekanalında Dağlıq Qarabağ haqqında sənədli filmin nümayişi ilə əlaqədar etiraz bəyanatı ilə çıxış edib. Forumun İdarə Heyətinin qəbul etdiyi bəyanatda bildirilir ki, sənədli filmdə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məlumat birtərəfli və qeyri-obyektiv verilib. Münaqişənin əsl səbəbləri, bugünkü Ermənistan hakimiyyətinin etnik təmizləmə siyasətinin qurbanları olan azərbaycanlı qaçqın və məcburi köçkünlər haqqında məlumatların verilməməsi təəssüf hissi doğurur. “Euronews” kanalının Avropa qitəsində çoxmilyonlu tamaşaçı auditoriyasına malik olduğunu nəzərə alanda, belə bir filmin bu kanalla nümayiş etdirilməsi Avropada münaqişəyə münasibətdə ictimai fikrin düzgün formalaşmamasına aparıb çıxarır. Bəyanatda xüsusilə qeyd edilir ki, “...Azərbaycan və Ermənistan arasında Avropanın dəstək verdiyi danışıqlar prosesinin intensivləşməsi fonunda provokasiya xarakterli filmin nümayişi münaqişənin ədalətli həllinə olan ümidləri azaltmaqla yanaşı, Avropanın danışıqlar prosesində iştirakı haqqında ictimai fikrə mənfi təsir edir”.
Forum “Euronews” rəbərliyindən bu filmin nümayişinin dayandırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi, o cümlədən Avropa auditoriyası üçün Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatın hazırlanıb verilməsini tələb edir.

Paylaş:
Baxılıb: 1020 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30