Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə konfrans keçirilib
19.06.2019 [09:41]
Azərbaycanın Türkiyədəki səfirliyində ölkəmizin diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsilçiləri, Azərbaycan və Türkiyənin tanınmış alimləri, qardaş ölkənin paytaxtında təhsil alan tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim 100 il əvvəl təsis olunan Azərbaycanın diplomatik orqanlarının ötən dövrdəki fəaliyyəti və müasir inkişaf istiqamətləri, konfransın məqsəd və mahiyyəti barədə məlumat verib.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məruzəsi dinlənilib. Azərbaycanın dövlətçilik tarixi, ənənələri, coğrafi mövqeyi, diplomatik orqanlarının yaranması və hazırkı vəziyyəti, o cümlədən Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə aparılan köklü islahatlar, ölkəmizin sosial-iqtisadi inkişaf modeli və regionun nəqliyyat qovşağına çevrilməsi, iqtisadiyyatın şaxələndirilməsi və sair mühüm məqamlar barədə geniş məlumat verən şöbə müdiri Hikmət Hacıyev Azərbaycan xarici siyasətinin əsasları, onun strateji mövqeyi, region dövlətləri ilə münasibətləri, həyata keçirdiyi və regionun siyasi-iqtisadi xəritəsini dəyişən enerji və nəqliyyat layihələri barədə danışıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real vəziyyətini təhlil edən Prezident Administrasiyasının rəsmisi Azərbaycan rəhbərliyinin həyata keçirdiyi sülh danışıqları prosesinin təcavüzkar Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə vermədiyini diqqətə çatdıraraq bildirib ki, işğalçı tərəf davamlı olaraq təmas xəttində Azərbaycanın hərbi qulluqçularının və mülki vətəndaşlarının həlak olması ilə nəticələnən təxribatlar törətməkdədir. Məruzəçi işğalçı tərəfin hazırda regiondakı bütün iqtisadi layihələrdən təcrid olunduğunu vurğulayaraq əminliklə bildirib ki, əgər təcavüzkar ölkə öz işğalçılıq siyasətindən əl çəksə bu, ilk növbədə, Ermənistan üçün faydalar gətirər.
Sonda Prezident Administrasiyasının şöbə müdiri iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42

