Əli Əhmədov: Cəmiyyətimizin hər bir üzvü ekoloji problemlərin həll olunmasına töhfə verməlidir
06.07.2019 [10:20]
“Yeni Azərbaycan Partiyası hesab edir ki, Azərbaycanda ekoloji tarazlığın təmin olunmasına öz imkanları daxilində dəstək versin”. Bu fikri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, bütövlükdə cəmiyyətimiz, müxtəlif təşkilatlar da ekologiyanın qorunması üçün layihələr reallaşdırır. Bu baxımdan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr böyük əhəmiyyət kəsb edir.
“Bir halda ki, ekologiya, təmiz hava, təmiz su hər bir vətəndaş üçün həyati əhəmiyyət kəsb edir, insanlar da bu yöndəki problemlərin həll olunmasında fəal iştirak etməlidirlər. Partiyamızın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyət planının bir məqsədi də odur ki, cəmiyyətimizin hər bir üzvü ekoloji problemlərin həll olunmasına töhfə versin. Hər kəsin iştirakı olmadan bugünkü çağırışlar kontekstində ekologiyanın qorunub saxlanılmasına nail olmaq mümkün deyil. Bu, bütövlükdə, cəmiyyətimizin vəzifəsidir. YAP bu istiqamətdə atdığı addımlarla maarifləndirici mesajlar da verir ki, hər bir vətəndaş bu məsələlərin həyata keçirilməsində yaxından iştirak etsin”, - deyə Əli Əhmədov vurğulayıb.
Baş nazirin müavini ağacların qanunsuz kəsilməsi hallarına da münasibət bildirib. Belə halları pisləyən Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə bu məsələ ilə bağlı açıq və kəskin mövqeyini ifadə edib.
“Qanunvericilikdə də bu məsələ ilə bağlı məsuliyyət müəyyən edilib. Eyni zamanda, müvafiq qurumlar da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir ki, ağacların qanunsuz kəsilməsinə imkan verilməsin. Əlbəttə, Azərbaycanda iqtisadiyyat inkişaf etdikcə, yeni iş yerləri yarandıqca, yeni müəssisələr işə salındıqca bunlara yerlər lazım olur. Amma bütün bunların heç biri ağacların kəsilməsi hesabına baş tutmamalıdır. Çünki bu ağaclar hər bir vətəndaşın sağlam ekoloji mühitdə yaşaması üçün lazımlıdır. Digər tərəfdən, ölkəmizdə geniş yaşıllıq zolaqları salınır ki, havanın təmizliyinin təmin edilməsinə böyük imkanlar yaradır”, - deyə Baş nazirin müavini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

